Triller filmləri

Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur.

Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.[1]

  1. "Thriller – Suspense Films". filmsite.org. 25 iyul 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 1997.