Trilobitkimilər (lat. Trilobitomorpha) — Buğumayaqlılar (lat. Arthropoda)tipinə aid nəsli kəsilmiş yarımtipdir.
Trilobitkimilər | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Trilobitkimilər |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Trilobitlər dəniz buğumayaqlılarıdır. Onlar paleozoyun ortalarında geniş yayılmış, paleozoyun axırlarında isə nəsli kəsilmişdir. Qazıntı halında tapılmış qalıqlarına əsasən trilobitlərin 4000-ə qədər növü təsvir edilmişdir. Trilobitlər kembri, ordovik, silur, devon dövrlərində çoxsaylı olmuş, karbonda onların sayı azalaraq, permdə tamamilə nəsli kəsilmişdir. Onların qazıntı halında tapılmış, yaxşı saxlanılmış möhkəm zirehləri paleozoyun əvvəllərində geoloji sistemin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Trilobitlərin bədən ölçüləri 2-10 sm, nadir hallarda 75 sm olan buğumayaqlılardır. Primitiv quruluşlu nümayəndələrinin bədəni 2 şöbədən: baş və homonom buğumlu gövdədən ibarətdir. Bədən kiçik anal pərlə- telsonla nəhayətlənir. Nisbətən yüksək quruluşlu trilobitlərdə telson və bir neçə arxa buğum birləşərək, üçüncü-arxa və ya quyruq(piqidium) şöbəni əmələ gətirir. Bədən orta hissədən uzununa istiqamətdə şırımla 3 hissəyə: ox hissə, raxis adlanan qabarıq orta hissə və sıxlaşmış yan hissələrə (plevra) bölünür. Bədənləri həm uzununa, həm eninə istiqamətdə üç hissəyə bölündüyünə görə, bu heyvanlara trilobitlər adı verilmişdir. Bədən bel hissədən möhkəm zirehlə, qarın tərəfdən nazik örtüklə örtülmüşdür. Buğumlar bir-birilə hərəkətli birləşdiyi üçün, trilobitlərin bədəni qarın tərəfə bükülmək qabiliyyətinə malik olmuşdur.
Baş hissə akrondan və dörd ədəd ağızdan sonrakı buğumdan əmələ gəlmişdir. Akron ayparaşəkilli baş zirehinin ön və yan tərəflərini əmələ gətirir. Baş zirehinin dorzal hissəsində bir cüt fasetli göz, bəzən sadə gözcük, ventral hissəsində isə ağızdan öndə, cüt sapşəkilli antenullalar yerləşmişdir. Ağızdan sonra başda 4 cüt ikişaxəli ətraflar yerləşir. Bu ətraflar gövdədə yerləşən ətraflardan seçilmir. Bütün bu ətraflar ikişaxəlidir. Ətaflar endit adlanan çeynəyici törəmələrə malikdir.
Trilobitlərin inkişafı metamorfozla olur. Yumurtadan 1 mm-ə qədər ölçüdə protaspis sürfəsi çıxır. İnkişafın ilk mərhələsində sürfə bütöv bədənə malik olur. Sonradan bədən-gözlərə və antenullalara malik baş pərinə, 4 baş buğumuna və anal pərinə bölünür. Bu buğumlar larval adlanır. Trilobitin inkişafının sonraki mərhələsində telsondan öndə yerləşən buğumlar formalaşmağa başlayır. Sürfə qabıq dəyişməklə inkişaf edərək yetkin fərdə çevrilir.
Trilobitlərin məhv olması, nəslinin kəsilməsi bir çox səbəblərlə izah edilir. Əsas səbəb olaraq, abiotik amillərin təsiri və trilobitlərin təbii düşmənləri göstərilir. Trilobitlərin təbii düşmənləri- xərçəng-əqrəblər, başayaqlı molyusklar və qədim balıqlar hesab olunur. Bunu onların zireh örtüyü, qarın tərəfə burulması və s. əlamətlər təsdiq edir.
Trilobitlər dənizlərin müxtəlif dərinliklərində yaşayaraq, üzən, dib həyat tərzi keçirən və s. formaları olmuşdur. Çöküntülərin geoloji dövrlər üzrə təyin edilməsində trilobitlərin böyük əhəmiyyəti vardır.