Trimalxio (lat. Trimalchio) — Qədim Roma Satirikon romanından sonradan varlanmış və azad edilmiş qul olsa da kölə zövqlü, əqidə və ədəb-ərkanlı bir personaj.
Trimalxion | |
---|---|
Məlumat | |
Cinsi | kişi[d] |
Peşəsi | tacir, bankir |
Trimalxio adı malaxio — yun. αηδής — murdar, mənfur və lat. tri — üçlü sözlərinin birləşməsindən yaranmış üçqat murdar mənasını daşıyır.
Romanda Trimalxio Qədim Roma ənənəsinə görə piröncəsi hamama daxil olan Enkolpiy və Askilt (əsər qəhrəmanları) ilə qarşılaşaraq təsvir edilmişdir. Bu zaman daz qoca Trimalxio çəhrayı köynəkdə yekəpər qullar və qıvrımsaç oğlan uşaqları ilə firuzəyi rəngli topla oynayır. Onun qullarından biri əlində onun gündəlik təbi təlabatını icra etməsi üçün gümüş ləyən tutmuşdur. Trimalxio "işini" bitirdikdən sonra əllərini qulluqçunun saçlarına silir. Təşkil etdiyi orq məclislərində utanmadan öz cinsi həyatından, on dörd il öz ağasına qadın nəvazişi göstərməsindən, və onun xanımının da "dadına" baxmasından danışardı. Köntöy Trimalxio özünü elm və maarifpərvər göstərmək üçün savadlı avaralara messanatlıq edərək onlara məclislər təşkil edər, onlara uşaqlıqda Homeri oxumasından ağız dolusu danışardı. Onun üçün Homeri oxumaq maariflilik etalonu sayılırdı. Yeməkarası onun təkidi ilə homerist-aktyorlar "İliadadan" parçalar oxuyardılar. Trimalxion onlara öz anlamında "xülasə" və "izahatlar" verər və hər şeyi qatıb qarışdırardı.