Triqlav Gölləri vadisi

İkili göl.

Triqlav Gölləri vadisi (sloven. Долина Triglavskih Иецер) — Sloveniya ərazisində dağlıq vadi. Vadi Yulian Alpları ərazisində, ölkənin şimal-qərbində yerləşir. Triqlav vadisi Ticariça və Zelnariça, eləcə də cənub-qərbdən Triqlav dağı ilə əhatələnib. Vadinin digər adı Yeddi göllər vadisidir (Dolina sedmerih jezer). Əslində vadidə on göl var.[1] Vadi əsasən meşə qurşağından yuxardakı əraziləri əhatə edir. Alp çəmənlikləri zonası həm də daşlıq relyefi ilə də diqqəti cəlb edir. Bu səbəbli vadini bəzən Daş Vadisi dəniz adlandırırlar (Долина камнитега моря).

Vadinin ən aşağıda yerləşən gölü — Qara göldür (Črno jezero). Göl dəniz səviyyəsindən 1 294 metr yüksəklikdə yerləşir. Bu ərazidə alp dağları üçün endemik olan alp tritonu geniş yayılıb. 1676 metr yüksəklikdə İkili göl yerləşir. Göllər bir-biri ilə əlaqəlidir (Двойное озеро). Dəniz səviyyəsindən 1838 metr yüksəklikdə Böyük göl yerləşir (Veliko jezero) və ya Böyrək gölü. Gölün forması böyrəyi xatırladır. Bu göl vadinin ən böyük və həm də ən dərin gölüdür. Bölgənin ən yüksəkdə yerləşən gölü Podstene gölüdür (Jezero v Podstenju). Göl dəniz səviyyəsindən 1993 metr yüksəklikdə yerləşir.[1]

Triqlav Milli Parkı

[redaktə | mənbəni redaktə et]

Triqlav Gölləri dərəsinində qoruma bölgəsi yaratmaq fikri ilk dəfə 1906 və ya 1908-ci ildə seysmoloq Albin Belar tərəfindən irəli sürülmüşdür. Amma bu təklif qəbul olunmamışdır, çünki qanun hər hansı təbiət ərazisinə girişin məhdudlanmasını qadağan edirdi[2]. Triqlav Milli Parkı adı ilk dəfə 1926-cı ildə Fran Yesenko tərəfindən səsləndirilmişdir. 1981-ci ildə Triqlav Milli Parkı rəsmi olaraq qurulmuş və müasirləşdirilmişdir. Milli parkın sahəsi 838 km2 olmuşdur. 2010-cu ildə park ərazisinə Tolmin təpələri də əlavə olunmuşdur. Hazırda Triqlav Milli Parkının sahəsi 880 km2-dir (Sloveniya ərazisinin 4 %-i).[3]

  1. 1 2 gore-ljudje.net. Pravljična dolina pod Triglavom. Boris Strmšek. 12. avgust 2005
  2. "Arxivlənmiş surət" (PDF). 2016-04-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-02.
  3. "Triglavski narodni park (TNP), Mejniki v zgodovini". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.