Triyn Narva

Triin Narva (est. Triin Narva; doğ. 12 noyabr 1994, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında FİDE ustası (2016).

Triin Narva
est. Triin Narva
Ölkə Estoniya Estoniya
Doğum tarixi (29 yaş)
Doğum yeri Tallin, Estoniya
Titulu qadınlar arasında FİDE ustası (2016)
Son reytinqi 2113 (oktyabr 2018)
Maksimal reytinqi 2127 (may 2017)
FİDE nömrəsi 4502680
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Triin Narva şahmatçılar ailəsində anadan olub. O, estoniyalı şahmatçılarBoris RıtovMerike Rıtovanın nəvəsi, FİDE ustası[1] Yaan Narva və qadınlar arasında Estoniya çempionu (2011) Regina Narvanın qızı, qadınlar arasında beynəlxalq usta May Narvanın isə bacısıdır.[2]

2004-cü ildən 2011-ci ilədək müxtəlif yaş qruplarında (U10, U12, U14, U16, U18) ardıcıl olaraq on iki dəfə şahmat üzrə yeniyetmələr arasında Estoniya çempionatının qalibi olub. 2003-cü ildən 2012-ci ilədək müxtəlif yaş kateqoriyalarında Estoniyanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Ən yaxşı nəticəsi — 18 yaşadək qızların qrupunda blits üzrə Avropa çempionatının bürünc medalı olmuşdur (2012). 2010-cu ildə blits və rapid üzrə Estoniya çempionu olub. Qadınlar arasında şahmat üzrə Estoniya çempionatında 3 gümüş (2010, 2011, 2012) və 2 bürünc medal qazanıb (2009, 2014).[3] Beş dəfə Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2010-2018).

2013-cü ildə qızıl medalla Qustav Adolf gimnaziyasını bitirmişdir.[4]

  1. "FIDE Chess Profile: Narva, Jaan". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  2. "Triin Narva". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  3. Triin Narva
  4. "Kuld- ja hõbemedalistid". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]