Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu.[2] Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir.
Trnovo platosu | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.247 m |
Yerləşməsi | |
45°57′ şm. e. 13°49′ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Trnovo platosunda üç təbiət qoruğu mövcuddur:
Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır. Bu dövrdə buzlaqlar nisbətən düz bir səthdə olan kiçik zirvələri, eləcə də moren tirələrini və moren təpəciklərini yaratmışdır. Ərazidən axan çaylar süxur qalıqlarını daşıyaraq çökəklikləri doldurmuşdur.
Trnovo platosunun iqlimi hündürlük və istiqamət üzrə dəyişir. Yaylada kontinental iqlim hakimdir və buraya il ərzində orta hesabla 1 881 mm yağıntı düşür. Aylar üzrə yağıtı miqdarı az fərqlənir. Ən çox yağıntı noyabr ayında ( 293 millimetr), ən az yağıntı isə fevral ayında (135 millimetr) düşür. Qış zamanı yağıntının böyük hissəsi, xüsusilə də yüksəkliklərdə qar şəklində olur. Sürəti 100 km/saat (62 mil/saat)-i aşan bora küləyi ərazi üçün tipik hava hadisəsidir. Bora ağacları kökündən çıxararaq və evlərin damlarını qoparararq əraziyə xeyli ziyan vura bilir.
Trnovo yaylası fıstıq və küknar ağacalarının qarışıq meşəsi ilə örtülüdür. Ən zəngin bitki örtüyü zirvəsi çılpaq olsa da ətəklərinə doğru cırtdan söyüd (Salix sp.) və dağ şamının (Pinus mugo) yayıldığı Kiçik Qolak zirvəsindədir. (1,495 metr (4,905 ft). Primula carniolica kimi qorunan növlər daha çox qayalı yarıqlarda böyüyür.
Ərazidə meşələrinnin payı 75,5%-dir. Lakin tərk edilmiş əkin sahələrində aparılan meşəsalma tədbirləri səbəbilə bu rəqəm artmaqdadır. Ərazinin çətin əlçatılan olması landşaft xüsusiyyətlərinin nisbətən yaxşı qorunması ilə nəticələnmişdir.
1991-ci il siyahıyaalınması zamanı yayaladakı əhalinin sayı 4534 nəfər, [3] sıxlığı isə 9 nəfər/km² olmuşdur.[3] Bu rəqqəmlər bölgəni Sloveniyanın ən az məskunlaşılan bölgələrindən biri halına gətirir. Yaylanın yanlız qərb hissəsində insan yaşayır. Əhalinin yaş profili xoşagəlməzdir.