Troodos (yun. Τρόοδος) — Kipr adasının ən böyük dağ silsiləsi. Ən yüksək nöqtə Olimbos dağıdır (1952 m).
Troodos dağları | |
---|---|
Τρόοδος | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1952 m |
Hündür nöqtəsi | Olimbos |
Yerləşməsi | |
34°55′ şm. e. 32°50′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Troodos dağları Kiprin qərb hissəsindədir. Dağ kurortları, mənzərəli dağ kəndləri, Bizans monastırları və kilsələri ilə məşhurdur. Onlardan ən məşhuru 11 əsrdə qurulan Kikkos monastırıdır.
Troodos dağ silsiləsinin, ümumiyyətlə Kiprdə olduğu kimi Aralıq dənizidir - quru isti yay və sərin və nəmli qış. Troodosdakı hündürlük və dağlıq ərazi sayəsində Kiprə maksimum yağış miqdarı düşür. Bəzi illərdə bu miqdar ildə 1000 mm-dən çox olur. Qar hər qışda müşahidə edilir. Olimbos zirvəsinin ətrafında qar örtüyü ilin 3-4 ay davam edir. 1991-2005-ci illər arasında müşahidə dövründə bölgədə qeydə alınan minimum temperatur −10,2 ° C, maksimum isə 35,4 ° C olmuşdur[1].
Troodos dağlarının təbiəti, çox sayda endemik bitkiyə sahib böyük meşələrin və zəngin floranın olması ilə xarakterizə olunur. Məsələn: Kipr sidri. Nadir heyvanlardan endemik Kipr dağ qoyunları olan muflon xüsusilə maraqlıdır. Son illərdə onun ovlanması hökumət tərəfindən qadağan edilmişdir. Dağların meşə zonasında tülkü və dovşan vardır.
Bölgənin iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanır (meyvə və üzüm yetişdirmək və şərab hazırlamaq). Mis filizi məhdud miqyasda çıxarılır və bu fəaliyyət burada ən qədim dövrlərdə həyata keçirilir. O dövrdə Kipr mis hasilatı üçün o qədər əhəmiyyətli bir yerdə idi ki, hətta bu metalın latın adı (Latın cuprum) adanın adından götürülüb.
Silsilədə terləşən doqquz kilsə və bir monastır UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir[2]: Kakopetria kəndindəki Damın altındakı Müqəddəs Nikolas Kilsəsi (yun. Εκκλησία του Αγίου Νικολάου της Στέγης στην Κακοπετριά), Laqudera kəndindəki Panaqia tu Araka kilsəsi (yun. Εκκλησία του Αγίου Νικολάου της Στέγης στην Κακοπετριά) və s. Bundan əlavə Panaqiya tu Sinti Monastırı (yun. Παναγία του Σίντη) 1997-ci ildə uğurlu bərpa və mirasın qorunub saxlanmasına görə Europa Nostra mükafatını almışdır.
Troodos dağlarında Kiprin ən zəngin və ən məşhur monastırlarından biri olan Kikkos monastırı yerləşir.