Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir.[1]
Troposfer inversiyaları yer səthinə yaxın və sərbəst atmosfer inversiyalarına ayrılır. Yer səthinə yaxın inversiya yer səthi örtüyündən (torpaq, qar və buz örtüyündən) başlayır. Açıq inversiya su səthindən nadir halarda müşahidə edilir. Yer səthi örtüyündə temperatur ən aşağıdır və yüksəklik boyu artır və bu artım on və yüz metrlərlə yüksəkliyə qədər ola bilər. Sonra inversiya normal paylanma ilə əvəz olunur. Sərbəst atmosferdə inversiya yer səthindən bu və ya digər yüksəklikdəki hava qatında müşahidə edilir. İnversiya ən çox aşağı 2 km-də müşahidə edilir. Inversiya qatının qalınlığı bir çox on və ya yüz metrlərdə müşahidə edilir. Inversiya qatınınaşağı və yuxarı sərhədlərində temperatur fərqi 1°C-dən də azdan 10–15 °C və artıq olur. Yer səthinə yaxın inversiya yer səthinin gecə radiasiya soyuması nəticəsində yaranır. Belə inversiya radiasion inversiya adlanır. Yerin relyefi inversiyanı gücləndirə bilər. Çökəkliklərdə aydın havada havanın soyuması böyükdür və oradan soyuq hava çıxa bilmir. Əriyən qar örtüyünün üzərində qar və ya yaz inversiyası ba verir. Yuxarı qalxmış, yəni sərbəst atmosferdəki inversiya qatı əsasən quru, həm də dəniz üzərində dayanıqlı antisiklonda müşahidə edilir. Ən çox və güclü inversiya qışda, tropik enliklərdən kənarda intensiv və dayanıqlı antisiklonda yaranır.[2]
Инверсия в английском языке примеры