Trubkalılar

Trubkalılar (lat. Phoronida) — yeganə Phoronidae fəsiləsinin daxil olduğu onurğasız dəniz heyvanları tipi.

Trubkalılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Tip:
Trubkalılar
Beynəlxalq elmi adı

PhoronisPhoronopsis cinslərinə aid olan 12 müasir növü öyrənilib. Qabarma zonasından 400 m dərinliklərə qədər rast gəlinsə də, adətən dənizin 70 m dərinliklərində olur.

Çox azsaylı və az öyrənilmiş heyvan tipləridir. Hal-hazırda Actinotrocha, Phoronis və Phoronopsis cinslərinə aid 20 növ təsvir edilmişdir. Bədənin uzunluğu 6 mm-dən 50 sm-ə qədər dəyişən bu canlılara bütün dəniz və okeanlarda rast gəlinir. Foronidlərin əksəriyyəti kosmopolit canlılardır.[3]

Yetkin foronidin bədəni xitin borunun içərisində yerləşir. Yuxarı ucdan baş hissəsi xaricə çıxır. Aşağı hissə torpağa girir. Baş hissədə kirpikciklərlə örtülmüş qısqaclar (lofoforlar) yerləşir. Lofoforlar çevrə boyunca, spiralvari və ya nalşəklində yerləşir. Qısqaclar arasında yarıqşəklli ağız yerləşir.[4]

Foronidlər xırda orqanizmlərlə qidalanır. Bəzi foronidlər çox estetik görünüşə malikdir.

Foronidlər ayrıcinsli və hermofrodit canlılardır. Onlar cinsi və qeyri-cinsi (tumurcuqlama) yolla çoxalırlar. Yumurtadan plankton sürfəsi (aktinotroxa) çıxır. Sürfənin inkişafı 20 gün çəkir. Sonra dibə çökərək 30 dəqiqə ərzində cavan foronidə çevrilir. Foronidlərin orta ömrü təxminən 1 ildir.