Trunov villası

Trunov villasıRostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Rostov-na-Donu ərazisində regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Trunov villasının müasir adresi: Temerniskaya küçəsi ev 13[1] ünvanında yerləşir.

Trunov villası
rus. Особняк Трунова
Xəritə
47°13′01″ şm. e. 39°42′10″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1880-ci illərdə hazırda binanın yerləşdiyi ərazi digər ünvanda yerləşirdi. Əvvəlki ünvan Temerniskaya 33 olmuşdur. Bu ərazidə yerləşən torpağın və onun üzərində yerləşən binanın sahibi Eremey Ayvazov olmuşdur. O, Naxçıvan-na-Donu şəhərində spirtli içkilərin satışı ilə məşğul olurdu. 1888-ci ildən binanın sahibi Qeorqi Trunov olmuşdur. Tarixi mənbələrin məlumatına görə binanın yerləşdiyi ünvan digər adla tanınırdı — Temerniskaya küçəsi, 37. Təqribi olaraq villanın yaranması bu dövrə təsadüf edir. Bu binanın həyətində iki mərtəbəli emalatxana yerləşə bilərdi. 1907-ci ildə binanın sahibi dəyişmişdir. Bina Qeorqi Trunovun qardaşı İvan Vasileviç Trunovun mülkiyyətinə keçmişdir. Bir necə ildən sonra o, binanı girov olaraq Rostov şəhər cəmiyyətinin bankına qoymuşdur. Səbəb isə onun bankdan 2, 5 min publ pul götürmək istəyi idi.

1914-cü ilin yay aylarının əvvəllərində binanın sahibi dəyişir. Trunov villasını Yevdokiya Ruduxina satın alır. Bu zaman binanın qiyməti 5000 rubl olaraq qiymətləndirilir. Trunov villasının sahibəsi Yevdokiya Ruduxina Dov vilayəti, Çerkasski dairəsi, Aksay stanisdən olan kazakın həyat yoldaşı olmuşdur. Binanın sahəsi 32,25 sajen təşkil edirdi. 1920-ci illərdə bina milliləşdirilmişdir. Binanın sahibədini isə Moskva küçəsində yerləşən mənzilə köçməyə vadar etmişfilər. O, burada mənzil kirayələməyə məcbur edilmişdir. Onun dəfələrlə edilən müraciyyətinə baxmayaraq, müraciyyəti təmin edilməmişdur. XXI əsrdə isə binada vəkillərə aid kabinetlər yerləşir[2].

  1. "Перечень объектов культурного наследия регионального значения г. Ростова-на-Дону". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  2. "Дом на Темерницкой: драма выселенной хозяйки". 2017-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.