Trypanosoma ibragimovi

Trypanosoma ibragimovi - Mastigophora tipinə aid olan növ.

Trypanosoma ibragimov
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədəni uzunsov, ilanvari, iti sonluqludur. Kinetoplast orta ölçülüdür, bədənin arxa hissəsini tamamilə tutur. Bu növün əsas əlamətidir. Bədənin uzunluğu 32.0–39.5, eni isə 2.0–4.9, kinetoplast, arxa qutaracağa qədər olan məsafə 0.1–0.5, kinetoplast ölçüsü 0.6–1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə — 12.0–18.8. Nüvə yumru və ya tlipsvaridir, bədənin ortasındadır, bəzilərində önə tərəf yaxınlaşıb. Nüvəsinin uzunluğu 3.0–4.6, azur-eozinlə çahrayı boyanır, nüvədən önə qədər məsafə 12.0–17.0, titrək membranı ensizdir, eni 0.6–1.2, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.5–15.0 mkmdir.

Trypanosoma ibragimovi əsasən Dəvəçi limanınnda yayılmışdır.

Elm üçün yeni növ kimi verilib. Sahibi: göl qurbağası Pelophylax ridibundus (Pallas).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Mahir Əli oğlu Hüseynov Azərbaycanda balıq, amfibi və su reptililərinin ibtidai qan parazitləri;