Tsundoku

Yığılıb qalmış kitablar.

Tsundoku (積ん読?) – kitab almağı və əldə etməyi sevmək, lakin onları oxumamaqla xarakterizə olunan sindrom.[1][2][3]

Tsundoku yapon termini olub, Meyci dövründə yaranmışdır.[4] Termin tsunde-oku (積んでおく, azərb. əşyaları qalaq-qalaq yığmaq?)dokusho (読書, azərb. kitab oxumaq?) sözlərindən əmələ gəlmişdir. Termin həmçinin kitab rəfində sonradan oxunacaq kitabları bildirmək üçün də istifadə olunur.[4]

  • Kitabları istifadə etməyi düşünmürlər və bir gün onları oxuyacaqlarını düşünürlər.
  • Evdə kitabların çox olması onları hər zaman xoşbəxt edir.
  • Yeni alınmış kitab qoxusunu çox sevirlər.
  • Başqalarına kitab hədiyyə etməyi xoşlamırlar. Versələr də, tez-tez qaytarmağı tələb edirlər.
  • Ən çox gəzməyi xoşladıqları yer kitab sərgiləridir.
  • Planşetdə və ya digər elektron vasitələrdə kitab oxumağa nifrət edirlər.
  • Ara-sıra kitab evlərinə kitab oxumağa getsələr də, kitab almadan özlərini tuta bilmirlər.[5]
  1. Brooks, Katherine. "There's A Japanese Word For People Who Buy More Books Than They Can Actually Read". The Huffington Post. March 19, 2017. 15 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2017.
  2. Tobar, Hector. "Are you a book hoarder? There's a word for that". Los Angeles Times. July 24, 2014. 16 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2017.
  3. "Tsundoku: The art of buying books and never reading them". BBC News. 2 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2018.
  4. 1 2 ""Tsundoku," the Japanese Word for the New Books That Pile Up on Our Shelves, Should Enter the English Language". Open Culture. July 24, 2014. 16 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2017.
  5. "Tsundoku sindromu nədir?". Libre.az (az.). 2018-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2018.