Tuğçe Kandemir (1 yanvar 1996, Mersin) — Türkiyə müğənni-söz yazarı və ədəbiyyat müəllimi.
Tuğçe Kandemir | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1996 (28 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pop müğənnisi, musiqiçi |
Fəaliyyət illəri | 2018-ci ildən |
Sevgi və kədər ilə bağlı mahnıları ilə tanınır. O, 8 yaşından musiqi ilə maraqlanmağa başlayıb. Mersin Universitetini ədəbiyyat müəllimi kimi bitirib. O, təyinat gözləyərkən yaşadığı ayrılıq ağrısından sonra ifadə etdiyi "Bu Benim Öyküm" mahnısı internetdə yayıldıqdan sonra məşhurlaşıb. Bundan sonra bir prodüser şirkəti ilə müqavilə bağlamış və mahnıya klip çəkilmişdir. "Bu Benim Öyküm" 100 milyon baxışa çatmış və ilin ən yaxşı mahnısı olmuşdur. Daha sonra ifa etdiyi "Gülü Soldurmam", "Yalan" və "İçimdeki Sen" (Bilal Sonses ilə birlikdə) mahnıları da 100 milyon baxış sayını keçmişdir. Tabii platformasının "Üniversdeli" serialında qonaq rol almışdır.
1 yanvar 1996-cı ildə Mersində doğulub.[1][2]
Atası dövlət qulluqçusu, anası isə evdar qadındır. İki uşaqlı bir ailənin kiçik övladıdır.[3] Anası tərəfdən Kırıkkale, atası tərəfdən Samsunludur.[1]
Sənətçi 2023-cü ildə Abdullah Karatay ilə evlənmişdir.[4]
İl | Mükafat | Kateqoriya | Namizəd | Nəticə |
---|---|---|---|---|
2018 | Magazinn.com Medya ve Sanat Ödülleri | İlin ən yaxşı debüt sənətçisi | "Bu Benim Öyküm" | Qazandı[5] |
2019 | Fizy Müzik Mükafatları | İlin ən çox dinlənilən dueti | "İçimdeki Sen" | Qazandı[6] |
2020 | Gold Faces Of Turkey | İlin aranjiman mahnısı | "Kurban Olduğum" | Qazandı |
2020 | Life & Beatuy Mükafatları | İlin mahnısı | "Kördüğüm" | Qazandı |
2021 | 47-ci Qızıl Kəpənək mükafatı | Ən yaxşı qadın müğənni | Özü | Namizəd[7] |