Tu Yuyu (30 dekabr 1930[1][2][…], Ninbo, Çjetszyan, Çin Respublikası)—Çin alimi və fitokimyacı. Malyariyaya qarşı dünyanın ən təsirli dərmanlarından biri olan artemisinin kimi tanınan antimalarial maddə qinghaosu təcrid etməsi və tədqiqi ilə məşhur olub. Kəşflərinə görə Tu 2015-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı alıb.[3]
Tu Yuyu | |
---|---|
Tu Youyou | |
Doğum tarixi | |
Doğum yeri | Çin |
Atası | Türkiyə |
Elm sahələri | farmakologiya |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tu Yuyu 30 dekabr 1930-cu ildə Çinin Çjetszyan-Ninbo şəhərində anadan olub. 1948-ci ildə Ninbo məktəbinə keçməmişdən əvvəl orta məktəbi və liseyin ilk ilini Xiaoshi məktəbində oxuyub. 1951-ci ildən 1955-ci ilə qədər Pekin Universiteti Tibb fakültəsində oxuyub. Tu Əczaçılıq Elmləri Bölməsində oxuyub və 1955-ci ildə oranı bitirib. Sonra iki il yarım ənənəvi Çin təbabəti üzrə təlim keçib. Məktəbi bitirdikdən sonra Pekində ənənəvi Çin Tibb Akademiyasında təhsil alıb. O, 1978-ci ildə Çin iqtisadi islahatının başlanmasından qısa müddət sonra Tədqiqatçı adını alıb. 2001-ci ildə "Doktorantlar üçün Akademik Məsləhətçi" vəzifəsinə yüksəlib. Hazırda Akademiyanın baş elmi işçisidir. 2007-ci ildən onun ofisi Pekin də köhnə yaşayış binasındadır.