Tuareq qəbiləsi — Malidə qəbilə.
Malidə böyük qəbilələrdən biri olan Tuareq qəbiləsinin öz dili var. Onlar Tuareq dilində danışırlar.
Tuareq qəbiləsinin nümayəndələri öz musiqiləri və rəqsləri ilə şərq xalqlarını xatırladırlar.
XIX əsrin ikinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər.