Tuat

Tuat regionunun Əlcəzair daxilində xəritəsi.

Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir.

Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar.

Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.[1]

  1. Kassir, A., "Exploitabilité des eaux souterraines du Gourara-Touat (Sahara Nord-Occidental - Algérie)" (PDF), International Association of Hydrological Sciences (IAHS) Publication (French), 142 (1), 1983: 149–158, 2012-03-13 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2022-11-22