Tuba məscidi (Təbriz)

Tuba məscidi İran Azərbaycanının Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Təbriz şəhərində yerləşən məscid. Məscid eyni adlı parkın yanında Xiyavan məhəlləsində yerləşir. Tuba məscidi bu məhəllədə yerləşən 20 məsciddən birisidir.

Tuba məscidi
Ölkə  İran
Şəhər Təbriz
Yerləşir Təbriz, Xiyavan məhəlləsi
Aidiyyatı Qacar dövləti
Sifarişçi Hacı Rza Tuba
Minarələri 2
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
KateqoriyaMəscid
Qızıllı məscid (İran)
Qızıllı məscid

Elə də uzun bir tarixə malik olmamasına baxmayaraq Təbrizin böyük və əhəmiyyətli məscidlərindən biri sayılır. Məscid Qacar dövrünün sonlarında Təbriz tacirlərindən olan Hacı Rza Tubanın sifarişi ilə onun şəxsi mülkündə tikildiyi üçün Tuba məscidi adlanır. Burada həmçinin Azərbaycan Fəxriləri muzeyi və qəbristanlığı yerləşir. Qəbristanlıqda dəfn olunan şəxslərdən Bağır xanı nümunə göstərmək olar.[1]

Məscid iki minarədən və bir böyük yaşıl rəngli qübbədən ibarətdir. Məscidin mehrabı rəngli kaşılar ilə bəzədilmiş olub üzərində isə müqəddəs quran ayələri yazılmışdır. Məscidin girişi də nisbətən böyük olub mehrab kimi üzərində quran ayələri yazılmış göy və mavi kaşılar ilə örtülmüşdür.[2]

  1. Farsnews: Azərbaycan Fəxriləri muzeyi və parkı açılacaq
  2. "Nişan map Təbriz Tuba məscidi". 2024-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.