Tubus — mikroskopun obyektivi ilə okulyarı arasındakı hissəsidir.
Okulyarla revolver arasında tubus və ya baxış borusu yerləşir. Tubus istiqamətləndirici funksiyasını daşıyır. Başqa sözlə, xəyaldan gələn işıq dalğalarını gözə doğru istiqamətləndirir. Obyektiv ilə okulyar arasındakı məsafə tubusun optik uzunluğu adlanır.