Tufan FK

Tufan Futbol Klubu — 2015-ci ildə ictimai birlik olaraq yaradılmış, Xırdalan şəhərini təmsil edən futbol klubu. Tufan Futbol Klubunun təşkilati-hüquqi forması ictimai birlikdir. Klubun bütün fəaliyyəti onun üzvlərinin iradəsinə tabedir. Nizamnaməsində də təsbit edildiyi kimi klubda idarəetmə funksiyasını 2018-ci ildən etibarən səkkiz nəfərdən ibarət İdarə Heyəti daşıyır. İdarə heyətinin fəaliyyəti üç nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası tərəfindən təftiş olunur və nəticəsi klub üzvlərinin ümumi müzakirəsinə (Ümumi Yığıncaq) təqdim olunur. İdarə heyəti və Nəzarət-Təftiş Komissiyası iki ildə bir dəfə klub üzvlərinin Ümumi Yığıncağı tərəfindən seçilir.

Tufan FK
Loqonun şəkli
Klubun tam adı Tufan Futbol Klubu
Ölkə Azərbaycan
Ləqəb(lər) Sinoptiklər
Rəng(lər) Tünd göy, ağ, tünd qırmızı
Yaranma tarixi 2015
Prezidenti Ruslan Nəsibov
Menecer Turcay Əhmədov
Baş məşqçisi Fərid Məmmədov
Rəsmi saytı

Tufan Futbol Klubunda futbolçu istehsalı konsepsiyası[1] altı illik araşdırmaların nəticəsində formalaşdırılmışdır. İstehsal prosesinin planlaşdırılması sözügedən konsepsiyaya uyğun hazırlanır lakin, elmi-texniki araşdırma və inkişaf fəaliyyətinin nəticəsində plana müvafiq dəyişikliklər edilir. Klubun əsas məqsədi yerli futbolçu bazarındakı boşluğu idman elminin köməyilə dünya səviyyəli futbolçular yetişdirməklə doldurmaqdır. Klub daxilində TufanLAB fəaliyyət göstərir və müasir data əldə etmə alətlərindən atletlərin inkişafı üçün istifadə edilir.

Tufan Futbol komandasının keçmiş kapitanı Rinat Aiulin ilk dəfə klubun adının Tufan olmasını təklif etmişdir. Sonradan o, bu adı hərbi xidmətdə olarkən rabitə üçün istifadə etdikləri adları xatırlayaraq, qarşısı alınmaz qüvvə olan Tufan adını bəyəndiyi üçün təklif etdiyini söyləmişdir.

Yeni yarandığı dövrdə 18 yaşdan yuxarı müxtəlif yaşlı həvəskarlardan təşkil olunan komandamız Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkil etdiyi birincilikdə 2 mövsüm (2015-2016 və 2016-2017-ci illər mövsümü) iştirak etmişdir. 2017-2018-ci il futbol mövsümündən etibarən, klubun inkişaf konsepsiyasına uyğun olaraq həmin mövsüm üçün yenidən təsis olunmuş yeganə komandamıza 20 yaşdan aşağı gənclər cəlb olunmuş və bu komandamız AFFA-nın təşkil etdiyi Region Liqasında çıxış etmişdir.

Hazırda Tufan Futbol Klubu fəaliyyət istiqamətini bir qədər dəyişərək uşaq futbolunun inkişafına yönəlmişdir. Klub 6 ildir idman elmini intensiv şəkildə araşdırmaqda və meydanda müasir texnologiya alətləri vasitəsilə tətbiq etməkdədir.

Klub 2018-2019 mövsümündə azarkeşlər arasında fərqindəliyi artırmaq məqsədilə "Tufan Streets"[2] kompaniyasını başlatmışdır. Böyük rəğbət görən kompaniya çərçivəsində silsilə karikaturalar[3] dərc edilmiş və interaktiv oyunlar təşkil edilmişdir. Xıırdalan şəhərənin müxtəlif nöqtələrinə Tufan loqoları vurulmuş və iştirakçılardan bu nöqtələri tapmaları gözlənilmişdir. Missiyanı uğurla tamamlayan azarkeşlərə müxtəlif hədiyyələr təqdim edilmişdir.

Tufan Futbol Klubunun missiyası İdman elminin ən yaxşı nəticələrini tətbiq etməklə yerli və xarici futbol bazarlarının tələblərinə cavab verən futbolçular hazırlamaq və keyfiyyətli futbol oyunu təqdim etməkdir.

Klubun direktoru Ruslan Nəsibov, idman elmi üzrə mütəxəssisi Turcay Əhmədovdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.
  2. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.
  3. "Arxivlənmiş surət". 2021-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.