Tulpar piyadanın döyüş maşını.

Tulpar PDMTürkiyə istehsalı olan piyadanın döyüş maşınıdır. Döyüş maşını adını Manas dastanındakı döyüşçüləri qoruyan əfsanəvi atdan almışdır. Şirkət bildirir ki, “Tulpar” XXI əsrin tələbləri çərçivəsində tanklar ilə birlikdə tapşırıqları icra edə biləcək.

Tulpar
TULPAR, DSEI-2019
TULPAR, DSEI-2019
Tipi Piyadanın döyüş maşını
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2012-indiyə qədər
İstismara başlanması 2013
İstehsal tarixçəsi
Konstruktor Otokar
Xüsusiyyətləri
Ağırlığı

16 ton (boş)

32 ton (maksimum)
Sürət 70 km/saat (yolda)
Əsas silah 30 mm-lik cüt doldurucu top, L-UMTAS tankəleyhinə raket atıcı
Köməkçi silah 7.62 mm-lik “Browning” pulemyotu
Uzunluğu 7230 mm
Eni 3400 mm
Hündürlüyü 2676 mm
Ekipaj

3 (komandir, atıcı, sürücü)

9 piyada
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası[redaktə | mənbəni redaktə et]

"Tulpar" qədim türk mifologiyasında döyüşçüləri qoruyan "uçan at" mənasını daşıyır. Sonradan yunanlar da bu addan bənzər əfsanələrində istifadə ediblər. Bu adın seçilməsində məqsədin zirehli birliklərin "qoruyucu uçan ata" sahib olmasının vacibliyini vurğulamaqdan ibarət olduğu ehtimal edilir. Qırğızıstan da bu adda minik avtomobili istehsal edir.

Taktiki texniki xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

"Tulpar" çoxməqsədli zirehli döyüş maşını kateqoriyasına aiddir. Onun yüngül tank, piyada döyüş maşını, personal daşıyıcısı, idarəetmə, kəşfiyyat, axtarış-xilasetmə, raket atıcı qurğusu, sanitar maşını, HHM və ya tank əleyhinə vasitə kimi hazırlanması mümkündür. Zirehli vasitə üzmə xüsusiyyətlərinə də malikdir. Yük götürmə qabiliyyəti: 5 ton (6x6), 8,3 ton ( 8x8). Maya dəyəri 1.2 milyon ABŞ dollarıdır. Eyni zamanda bir neçə hədəf aşkarlaya bilir.

İstifadə olunan CMI "Cockerill" 3105 qülləsində komandir və tuşlayıcı olmaqla 2 ekipaj üzvü yerləşir. Universal qüllə 25-105 mm-lik topların inteqrasiyasına imkan verir. PDM versiyasında 105 mm-lik topun 30 mm-lik topla əvəz edilməsi desant bölməsində əlavə iki nəfər desant üçün oturacaqların yerləşdirilməsinə şərait yaradır. ZPD versiyası isə 11 nəfərdən ibarət şəxsi heyətin komfort şəraitdə daşınmasına imkan verir. 6 saniyədə 32 km/saat sürət toplayan vasitə maksimum 70 km/saat sürətlə hərəkət edə bilir. Ehtiyat gediş məsafəsi 600 km-dir. Amortizator və balansirdən ibarət asqı 45 ton yükü daşımaq imkanına sahibdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Türkiyənin milli ixracatında "Tulpar" çoxməqsədli tank modeli – HƏRBİ EKSPERT (ARAŞDIRMA)". 2019-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.