Tumar

Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.

(Tom/Tum) kökündən törəmişdir. Qıvrılmış kağız deməkdir. Yuvarlama, qıvırma mənaları monqolca, türkcə və tunguscada mövcuddur. Bundan başqa Tom/yom sözü müqəddəslik və taleh ifadə edər. Tunguscada Tomka/Tomko, monqolcada Tom/Tomu/Tomo sözləri yuvarlama, bükmə mənalarını ehtiva edər.

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.