Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ.
Tumurcuq çəhrayı ağcaqanadı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Tumurcuq çəhrayı ağcaqanadı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur. İrəli tərəfdən xeyli nazilmiş və üzərində kiçik ziyilciklər vardır. Uzunluğu 1,5-2,2 mm-dir.
Tumurcuq çəhrayı ağcaqanadı inkişafının sürfə fazasında, möhkəm torpaqdan düzətdiyi nazik yuvacıq içərisində torpağın üst səthində qışlayır. Öyrənilmişdir ki, qışlayan sürfələrə 5 sm dərinlikdə 75,5%; 6-10 sm-də 17,8%; 11-15 sm-də isə 5,7 %-ə qədər təsadüf edilir. Qışlama qida bitkilərinin ətrafında olur. Beləliklə, ağcaqanadın əsas qışlama yerləri yoncalıqlar və yabanı yonca olan istifadəsiz sahələrdir. Yazda yonca bitkisi cücərməyə başlayan dövrdə yuvacıq daxilində qışlamış sürfələr pup halına keçir. Pup öz inkişafını bitirdikdən sonra onlardan yetkin ağcaqanadlar uçur. Puplardan uçan yetkin ağcaqanadların cinsi məhsulları yetişmiş olur. Buna görə də onlar dərhal yumurta qoymağa başlayır. Milçək öz yumurtasını yonca gövdəsinin yuxarı hissələrinə tökür. Yumurtalardan çıxan sürfələr dərhal tumurcuqların və çiçək qruplarının içərisinə girir. Hər bir tumurcuq içərisində 13-ə qədər sürfə ola bilir. Tumurcuqlar və çiçək qrupları daxilində sürfələrin inkişafı 10-12 günə başa çatır. Sonra onlar qidalanmalarını bitirərək torpağa düşür və onun üst səthində yuvacıq düzəldir. İkinci və sonrakı nəslin inkişafı da birinci nəsildə olduğu kimi gedir. Beləliklə, respublikamızın aran rayonlarında tumurcuq çəhrayı ağcaqanadının 6-7 nəsil verdiyi ehtimal edilir. Zərərvericinin inkişafında mühit amillərinin olduqca böyük rolu vardır. Ağcaqanadlar sakit və isti havada fəal olur. Yağışlar yetkin fərdlərin islanması və torpağa yapışmasına, quru və həddindən artıq isti havalar isə onların geyiməsi və hərəkətsiz olmasına səbəb olur. Hava və torpaqda zərəverici üçün müvafiq rütubət olmadıqda onların kütləvi məhv olmasına şərait yaranır. Tumurcuq çəhrayı ağcaqanadı bitkinin çiçək qrupunu, gövdəsini və onların budaqlarını, eləcə də böyümə nöqtəsini zədələdiyindən bitki çiçək qrupu vermir, çiçəkləmir və məhsulsuz olur.
Tumurcuq çəhrayı ağcaqanadı Azərbaycanın Tovuz və Ucar rayonlarında geniş yayılmışdır.