Tumurcuq Teatrı

Tumurcuq Teatrı2018-ci il iyun ayından İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Avropada ilk Azərbaycan Dram Teatrı.[1] Teatr 2018-ci il dekabr ayında İsveç Krallığının Stokholm şəhərinin Vergilər İdarəsindən rəsmi qeydiyyatdan keçmişdir.

Tumurcuq Uşaq Teatrı
Ümumi məlumatlar
Əsası qoyulub iyun 2018
Heyət
Bədii rəhbər Sevinc Nəzərli

İlk dəfə peşəkar İsveç səhnəsinə Türk teatrının uşaq oyunçusu 12 yaşlı azərbaycanlı Məhəmməd Əli Nəzərli "Bir qazinin anıları" adlı tamaşayla çıxmışdır. Məhəmməd Əli Nəzərlinin rolundan sonra Azərbaycan Dram Teatrının yaranması ideyası yaranmışdır. Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir.

Tumurcuq Teatrı Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb və "Kardeş teatro" adı altında bərabər iş birliyinə başlayıb. 2019-cu il 15 aprel ayından etibarən İsveç xalq teatrı "Riksteater" ilə bərabər çalışma anlaşması vardır və o teatrın rəsmi bir hissəsidir. Şəhərin mərkəzində "Teaterverket" adlı teatrda yer ayrılıb və məşqlər həmin teatrda aparılır.

Teatrın premyerası 2 iyun 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi ilə əlaqədar "101 uşağın nəvələri" adlı tamaşayla olmuşdur. [2] Tamaşaların rejissoru və ssenari müəllifi Sevinj Nəzərlidir.[3] O, bildirir:

" Kiçik yaşlı qrupumuz üçün hal-hazırda "cırtdan" nağılı isveç dilinə tərcümə olunur. Azərbaycan əsərlərini isveç dilində oynamağı düşünürük. Bu il Teatrfestivala qatılmaq üçün müraciət etmişik.Teatrda Azərbaycan ədəbi əsərləri səhnələşdiriləcək. "

25 mart 2019-cu ildə yeni teatrın fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə, Azərbaycanın İsveç Krallığındakı səfirliyinin əməkdaşları, İsveçdə yaşayan Azərbaycan diasporunun fəalları və İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Teatr 2 qrup böyüklər və uşaqlardan ibarətdir. Tumurcuq Teatr dərnəyinə 6 yaşından yuxarı uşaqlar üzv ola bilərlər. Onun qurulmasında əsas məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini qorumaq və Azərbaycandan uzaqda, İsveçdə yaşayan azərbaycanlı gəncləri və uşaqları milli mədəniyyətimizlə yaxından tanış etməkdir. Eyni zamanda digər bir məqsəd İsveç ictimaiyyətini Azərbaycan incəsənəti və mədəniyyəti ilə tanış etməkdir.

30 avqust 2019-cu il teatr Azərbaycam Respublikası Diasporla iş idarəsinin sədri Fuad Muradov tərəfindən "Azərbaycanın milli-mədəni irsinin Avropada təbliği və diaspor sahəsindəki səmərəli fəaliyyətinə görə"Fəxri Diplom"la təltif olunmuşdur.[4]

  1. "Tumurcuq uşaq teatrı". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  2. "İsveçdə "Tumurcuq" adlı Azərbaycan teatrı fəaliyyətə başlayıb". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  3. https://modern.az/az/news/202630
  4. "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.