Tuncer Gülənsoy

Tuncer Gülənsoy (türk. Tuncer Gülensoy) — Türkiyənin məşhur dilçi alimi, türkoloq, elmlər doktoru, professor

Tuncer Gülənsoy
Təxəllüsü Tuncer Gülənsoy
Doğum tarixi
Doğum yeri Uşak, Türkiyə
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Ankara, Türkiyə
Vətəndaşlığı Türkiyə
Milliyyəti Türk
Təhsili Ankara Universiteti, Türk dili və ədəbiyyatı bölümü
Fəaliyyəti türkoloq, dilçi, tərcüməçi
Fəaliyyət illəri 1964-2022
Əsərlərinin dili türkcə
İstiqamət dilçilik, türkologiya
Janrlar monoqrafiya, elmi məqalə

Tuncer Gülənsoy 30 yanvar 1939-cu ildə Türkiyənin Uşak şəhərində anadan olmuşdur.[1] Atasının dövlət qulluğu vəzifəsi olduğundan o, ibtidai təhsilini müxtəlif məktəblərdə almışdır. Əvvəlcə Uşak Qazi Mustafa Kamal ilk okulu, daha sonra Əhməd Midhət Əfəndi İbtidai məktəbi (1951), Uşak Liseyində (1959) oxumuşdur. Ankara Universiteti Türk Dili və Ədəbiyyatı bölümünü (1963) bitirmişdir. Bir müddət Uşak ilçəsinin kəndlərində əvəzedici müəllim işləmiş, Türk Kültürü Araşdırma İnstitutunda elmi araşdırıcı kimi işləmişdir (1963-1970, 1972-1973). 1967-ci ildə professor Əhməd Temirin rəhbərliyi altında doktorluq dissertasiya üzərində işləməyə başlamışdır. 1970-ci ilin yanvarında müdafiə etdiyi “Monqolların gizli tarixi”ndə hal şəkilçiləri və cümlələrdə istifadəsi” adlı dissertasiya işi ilə filologiya elmləri doktoru adını almışdır. Daha sonra Ankara Universitetinə assistent kimi fəaliyyətə (1974). 15 oktyabr 1976-cı ildə o, Amerika Birləşmiş Ştatlarının Texas ştatındakı Texas Tech Universitetinə (Lubbock-Texas) qonaq professor kimi getmiş və prof. dr. Warren S. Walker və Anadolu türk masallarının yazarı Barbara K. Walker ilə birgəçalışmışdır. (1976 – 1977) Bir ildən sonra yenidən Ankara Universitetinə dönmüş, burada Əski yazı, Osmanlı və monqol dili dərsləri vermişdir. 1980-ci ildə dosent olmuş, həmin ildə Fırat Universitetinin Ədəbiyyat fakültəsinə keçmişdir. Türk dili və ədəbiyyatı kafedrasının müdiri və Sosial Bilimlər İnstitutunun direktoru (1985-89) vəzifələrində çalışmışdır. 1989-cu ildə professor olduqdan sonra Erciyes Universitetinə keçmişdir. Burada prorektor, rektor yardımçısı (1990-1992), Türk dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır. 31 oktyabr 1998-ci ildə Qırğızıstanın Bişkek şəhərində yeni yaradılmış Qırğızıstan-Türkiyə Manas Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin qurucu müdiri vəzifəsinə gətitilmiş və 2000-ci ilin avqust ayına qədər bu vəzifəni icra etmişdir. Qırğız dili ilə bağlı iki il ərzində yazdığı altı əsərə görə fəcri mükafatlarla təltif olunmuşdur. 2000-2001-ci tədris ilində Erciyes Universitetində vəzifəsinə qayıdan Gülensoy, 2001-2002-ci tədris ilində Kiprdəki "Girne Amerikan Universitetində" professor vəzifəsində çalışmışdır. 2002-2003-cü tədris ilində Erciyes Universitetinə dönmüş və 30 yanvar 2006-cı ildə təqaüdə çıxmışdır. Tuncer Gülənsoy Türk Dil Qurumunun, Türk KültürünüAraşdırma İnstitutunun, Türkiyə Yazarlar Birliyinin və İLESAM-ın üzvü olmuşdur. O, Monqolustan Elmlər Akademiyasına Türkiyədən seçilmiş ilk alimdir.

Tuncer Gülənsoy 11 iyun 2022-ci ildə Ankarada vəfat etmişdir.

Tuncer Gülənsoy 26 dekabr 1963-cü ildə Ankarada Xədicə (Yurteri) Gülensoy xanımla evlənmişdir. 20 dekabr 1964-cü ildə Baybars və 24 dekabr 1978-ci ildə Bahadırhan Aybars adlı iki oğlu dünyaya gəlmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Türkoloji araşdırmaları ilə bütün Türk Dünyasında tanınan Tuncer Gülənsoy universitet nəşrlərindən əlavə, “Dövlət”, “Kültür və sənət”, “Milli folklor”, “Milli eğitim və kültür”, “Tarla”, “Töre”, “Türk dili”, Yeni düşüncə, “Yeni forum”, “Türk kültürü” dərgilərində məqalələrini dərc etdirmişdir. TDV İslam Ensiklopediyası və KB İslam Ensiklopediyası üçün məqalələr hazırlamışdır. Çoxsaylı türkoloji araşdırmaları ilə sağlığında “hocaların hocası” kimi dəyərləndirilmişdir. Şeirlərinə musiqi bəstələnmişdir.

  • Folklor Araşdırma İnstitutu İhsan Hınçel Türk Folkloruna Xidmət Mükafatı (1986)
  • Türkiye Bilimler Akademisi Sosyal Bilimler Hizmet Ödülü (1995)
  • Türk Dil Qurumunun Türk Dilinə Xidmət Ödülü (2019)
  • Türkiyə Yazarlar Birliyinin Türk Dilinə Xidmət Ödülü (2000)
  • Beynəlxalq Ruhaniyyət Dərnəyi Onur Mükafatı (2000)
  • Ignacz Kunos, Türk Halk Edebiyatı (hzl.: Dr. Tuncer Gülensoy), Tercüman 1001 Temel Eser, No. 127. İstanbul 1978, 176 s.
  • Anadolu ve Rumeli ağızları Bibliyografyası (Anadolu –Kıbrıs –Suriye –Irak – Bulgaristan Yunanistan – ve Romanya Türk Ağızları), Kültür Bakanlığı, Millî Folklor Araştırma Dairesi (MİFAD) yay.: 33, Başbakanlık Basımevi, Ankara 1981, 144 s.
  • Prof. Dr. Ahmet Temir’in Hayatı ve Eserleri , Erciyes Dergisi yay.: 1, Kayseri 1983, 38 s.
  • Kürmanci ve Zaza Türkçeleri Üzerine Bir Araştırma, İnceleme –Sözlük. TKAE yay., Ankara 1983, 69 s.
  • Trabzon Yöresi Türküleri. Türküler ve Atma Türküler, Anadolu Sanat yay.: 13, Karadeniz Folkloru Dizisi: 1, İstanbul 1985, 40 s.
  • Çerçeve Programa Göre Hazırlanmış Türkçe Ders Notları I, Şifabağ –Kemaliye 1985, 151 s.
  • Çerçeve Programa Göre Hazırlanmış Türkçe Ders Notları II, Şifabağ –Kemaliye 1986, 350 s.
  • Doğu Anadolu Osmanlıcası, - Etimolojik Sözlük Denemesi-, TKAE yay., Ankara 1986, 535 s.
  • Die Bemerkungen Über die Lebende Türkische Sprache in den Nomandenstammen, Ankara 1987, 14 s.
  • Kütahya ve Yöresi Ağızları, İnceleme- Metinler- Sözlük, TDK yay., Ankara 1988, XXX + 257 s.
  • Orhun’dan Anadolu’ya Türk Damgaları Damgalar –Enler –İmler, TDAV yay., İstanbul 1989.
  • Doğu ve Güneydoğu Dil Araştırmaları: Türk ve Kürt Deyim ve Atasözleri, Ankara 1992, 48 s.
  • Türkçe Dersleri, Erciyes Üniv. yay., Kayseri 1992, XVI + 270 s.
  • Tunceli ve Yöresi Ağızlarından Derlemeler (A. Buran ile), Boğaziçi yay., İstanbul 1992, 188 s.
  • Doğu ve Güneydoğu Anadolu Ağızları Üzerine Düşünceler, Boğaziçi yay., İstanbul 1993, 135 s.
  • Rumeli Ağızlarının Ses Bilgisi Üzerine Bir Deneme, Erciyes Üniv. yay., Kayseri 1993, 159 s.
  • Kürtçe’nin Etimolojik Sözlüğü, Ankara 1994, LXXVI + 154 s.
  • Orta Asya’dan Kırım’a, Bizim Gençlik yay., Kayseri 1994.
  • Türkçe El Kitabı, Bizim Gençlik yay., Kayseri, 1994
  • Eski Yazı ve Osmanlıca Dersleri I. (Eski Yazı- Osmanlıca – Tarihi Metinler ve Okuma Parçaları- İmlâ Kılavuzu.) Kayseri 1994
  • Elazığ ve Yöresi Ağızlarından Derlemeler, (A. Buran ile), TDK yay., Ankara 1994, 239 s.
  • Türkçe Yer Adları Kılavuzu, TDK yay., Ankara 1995, XII + 103 s.
  • Ignacz Kunos, Türk Halk Edebiyatı, Bizim Gençlik yay., Kayseri 1995, 130 s. (Notlarla genişletilmiş ikinci baskı.) 2000
  • Açıklamalı Kırgız Kişi Adları Sözlüğü, Bişkek 2000, 260 s.
  • Kırgız Türkçesinin Latin Harfli İmlâ Kılavuzu, Bişkek 2000, 120 s. [21000 kelime] 2001
  • Türkçe El Kitabı, Akçağ yay., Ankara 2001, 638 s. (Genişletilmiş 3. baskı) 2002
  • Manas Destanı –Türkiye Türkçesi ile -, Akçağ yay., Ankara 2002, 366 s.
  • Türkiye Türkçesi Ağızları Bibliyografyası, (Dr. Ercan Aklaya ile) Akçağ yay., Ankara 2003, 222 s.
  • Kırgız Türkçesinin Kavramlar Sözlüğü, Kayseri, 2004, 134 s.
  • Kırgız Türkçesi –Türkiye Türkçesi/Türkiye Türkçesi Kırgız Türkçesi Gramer Terimleri Sözlüğü, Erciyes Üniv. yay., Kayseri 2004, 48 s.
  • Kırgız Türkçesi –Türkiye Türkçesi /Türkiye Türkçesi- Kırgız Türkçesi Sözlük, Erciyes Üniv. yay., Kayseri 2004, 319 s.
  • Mitat Sadullah (Sander): Yeni Sarf ve Nahiv, (Mustafa Fidan ile), TDK yay., Ankara 2004.
  • Kırgız Türkçesi Grameri I: Fonetik –Morfoloji, Erciyes Üniv. yay., Kayseri 2004, 126 s.
  • Ötemiş Hacı: Cengiznâme, Akçağ yay., Ankara 2005.
  • Türkiye Giyim-Kuşam ve Süslenme Sözlüğü, (Baybars Gülensoy ile), İstanbul 2005.
  • Türkiye Türkçesindeki Türkçe Sözcüklerin [Tarihî-Yaşayan Türk Dilleri], Anadolu Ağızları ve Altay Dilleri İle Karşılaştırmalı Köken Bilgisi Sözlüğü, I. (A-K).- Etimolojik Sözlük Denemesi-, TDK yay., Ankara; II (L-Z), Ankara, 2006
  • İhsan Işık / Türkiye Yazarlar Ansiklopedisi (2001, 2004)
  • Resimli ve Metin Örnekli Türkiye Edebiyatçılar ve Kültür Adamları Ansiklopedisi (2007)
  • Encyclopedia of Turkey’s Famous People (2013)
  1. "Tuncer Gülensoy". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.