Tunisdə çörək qiyamları

Afrika meydanında toplaşmış kütlə.

Tunisdə çörək qiyamları — 1980-ci illərdə Tunisdə baş vermiş qiyamlar. İlk hadisə Kebili qubernatorluğunun, Duz rayonunun mərkəzi Duz şəhərində baş verdi. Qərb mətbuatında dərhal çörək qiyamları adlandırılan hadisələr üç planda səciyyələnə bilər:

  • . Birinci -beynəlxalq. Bu mənada Tunis qiyamları tipoloji olaraq Misirdə 1977-ci il yanvar partlayışından, Tunis qiyamlarının qurtarmasından dərhal sonra Mərakeşdə 1984-cü ildə başlayan gərginliyə qədər Şimali Afrika ölkələrində baş verən bütün qiyamlara oxşayır.
  • İkinci ümummilli miqyasda. Hər yerdə olduğu kimi, qiyamların bilavasitə bəhanəsi, qarşısında öhdəlik götürmüş hökumətlərin Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə , bu fondun gələcəkdə də yardımını almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi oldu — istehlak mallarına dövlət subsidiyalarının ləğvi ya da ixtisarı. 1983-cü ilin sonu — 1984-cü ilin əvvəlindəki hadisələr, ümumilli planda götürülərək, Tunisdə 70-ci illərin ikinci yarısından — 80-ci illərin birinci yarısına qədər, baş verən qiyamlardan dördüncüsü idi.

1) Birincisi dinçilərin 1977-ci ildə, Susda təşkil etdiyi etirazlar:

2) İkincisi 26yanvar 1978-ci il ümumilli tətili;

3) 26 – 27 yanvar 1980-ci il Qafsdaki silahlı qiyamı.

  • Bir neçə kəlmə də qiyamları regional səciyəsi barədə. Onlar göstərdi ki böhranın ağırlığı, ümumən ölkədən geriyə qalmış mərkəz və cənub rayonlarda daha çox təzahür edir.

1983-cü ilin sonuna doğru ölkədə 300 min tamamilə işsiz vardı, məşğul sayılan əhalinin əhəmiyyətli hissəsi isə yoxsulluq həddində yaşayırdı. Sosial-siyasi mənada isə daha vacib olanı, nisbi yoxsulluqun artması idi. Verilən göstəricilərə görə ən aşağı qrupla ən yuxarı qrup arasında nisbət 1966-cı ildəki 1:36-dan, 80-ci illərdəki 1:45 qədər artmışdı. Gündəlik həyatda bu rəqəmlər mütləq təzahürünü şəhərlərdəki istehlakın təzadlarında tapırdı. Varlı kəsimin imtiyazlı istehlakı şəhər yoxsullarının hisslərinə təsir edirdi çünki həmin bu sadə adamların cibləri hesabına təmin olunan, spekulyativ aferalarla təmin olunurdu.

Qiyamın başlaması

[redaktə | mənbəni redaktə et]

Bilavasitə qiyama bəhanə kimi M. Mzali hökumətinin çörək, makaron və yarma məmulatlarına olan subsidiyaları azaltmasını göstərmək olar. Subsidiyaların azalması qiymətlərin artmasında səbəb oldu. Qiymətlərin artırılması rayonlar üzrə getməli idi: 1983-cü ildə Tunisin cənubi hissəsində, 1984-cü ildə isə şimalda. Beləliklə qiyam cənubdan başlayaraq şimala tərəf, kiçik şəhərlərdən böyük şəhərlərə yayıldı və ümumilli miqyas aldı.

  • Qoroda na Vostoke. Xraniteli tradisıy i katalizatorı peremen. Narodnıye buntı v qorodax Vostoka. Moskva "Nauka" Qlavnaya redaksiya vostoçnoy literaturı. 1990 səh.189