Şanyü Tuntuhe (v. 93) — hunları birləşdirmiş şanyüdür. II Huxanyenin oğlu idi. Çin imperatoru yeni ölmüşdü və oğlu kiçik idi. Bundan istifadə edən Tuntuhe şimala qarşı yürüşə keçdi. 8000 şimal əsgəri öldürüldü. Hun dövləti yenidən birləşdirildi. Şimal şanyüsünün qardaşı Yuyquçyan özünü yeni şanyü elan etsə də 93-cü ildə öldürüldü. Şimallılar iki yerə bölündü. Bunlardan biri şimal-qərbə çəkilərək Çubanlar yaxud Çu tayfası adlandırıldı. Bunlar "Zəif hunlar" kimi də tanınırdı. Digər hissə isə "Güclü hunlar" adlandırıldı. Bu tayfalar qərbə köçərək gələcəkdə Qərbi Hun İmperiyasının əsasını qoyacaqdılar.[1] Tuntuhe 93-cü ildə öldü və yerinə əmisioğlu taxta gəldi.
Tuntuhe Xulan Şiçjuxoudi | |
---|---|
屯屠何 休蘭尸逐侯鞮 | |
Əvvəlki | Süan |
Sonrakı | Anqo |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 93 |
Atası | II Huxanye |
Uşağı | Fenhu |