Tupak Amaru İnqilab Hərəkatı (isp. Movimiento Revolucionario Túpac Amaru, qısaltması MRTA) — 1980–1997-ci illərdə Peruda aktiv olan Marksist inqilabçı qrup. Perudaki daxili çəkişmələrin əsas səbəbkarı olan bu qrup adını İnklərin son yerli hökmdarı olan XVIII əsrdə yaşamış II Tupak Amarudan götürmüşdür. MRTA Peru hökuməti, Avropa parlamenti və ABŞ Daxili İşlər Nazirliyi tərəfindən terror qruplaşması olaraq qəbul edilsə də 5 oktyabr 2001 tarixində ABŞ Xarici Terror qruplaşmaları siyahısından silinmişdir.[1][2]