Tura, Kozimo

Kozimo Tura (it. Cosimo Tura və ya it. Cosmè Tura, təq. 1430, Ferrara - 1495, orada) - İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin yaradıcılarından biri.

Kozimo Tura
Cosimo Tura
Alleqorik fiqur (Kalliopa), təq. 1460
Alleqorik fiqur (Kalliopa), təq. 1460
Doğum tarixi təq. 1430
Doğum yeri Ferrara
Vəfat tarixi
Vəfat yeri Ferrara
Milliyyəti İtaliyan
Fəaliyyəti rəssam
Stil Ferrara rəssamlıq məktəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Müqəddəs Georqiy. Ferrara Kafedralının orqan qapağının bir hissəsi . 1469

Bioqrafiya və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Kalliopa (başqa adı - "Bahar"), 1460. Hal-hazırda Londonda saxlanılan Belfore Sarayının studiolosu üçün çəkdiyi rəsm .

Paduada təhsil alan Kozimo orada Skvarçone, Krivelli, Paxer kimi rəssamların yaradıcılığı ilə tanış olmuş, Mantenya və Pyero della Françeskanın güclü təsiri altına düşmüşdü..1460-cı ildən o, Ferrara sarayında d'Este ailəsi üçün işləmişdir. Həmin dövrdə Tura, son qotika dövrünə aid elementlərdən istifadə edərək eklektik stil yaratmışdı.

Kozimo Turanın əsərlərinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Ferraradakı kafedralın orqan qapaqları (1469) və Roverella poliptixinin (1470-1474) hissələri hal-hazırda sökülüb və müxtəlif muzeylərdə saxlanılır. Ferrarada Palazzo Skifanoyadakı bir neçə freskanın müəllifi olduğu iddia edilir. (Turanın müəllifliyi qətiliklə sübut olunmayıb.)

Kozimo həyatının sonunu yoxsulluq içində keçirmişdi.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Paduyalı müqəddəs Antoniy (Sant'Antonio da Padova; Modena, Este Qalereyası)
  • Müqəddəs Sebastyan (San Sebastiano; Berlin, Dövlət Muzeyi)
  • Müqəddəs Xristofor (San Cristoforo; Berlin, Dövlət Muzeyi)
  • Müjdələnmə (L'Annunciazione; Kafedral kilsəsi, Ferrara)
  • Müqəddəs Georqiy ilanı öldürür (S. Giorgio che uccide il drago; Vittorio Çini kolleksiyası, Venesiya)
  • Müqəddəs Georqiy ilanı öldürür (S. Giorgio che uccide il drago; Ferrara kafedralında orqan örtüyü)
  • Madonna (Madonna; Nyu-York, Pratt kolleksiyası)
  • Müqəddəslər və donorlar (Santi e donatore; Roma, Kolonn qalereyası)
  • Bahar (Kalliopa) (La primavera [Calliope]; London, Milli Qalereya)
  • Müqəddəs Fiquru (Figura di Santo; Filadelfiya, Conson kolleksiyası)
  • Müqəddəs Dominik (S. Domenico; Florensiya, Uffizi)
  • Pyeta (Pieta; Luvr)
  • Paduyalı müqəddəs Antoniy (S. Antonio; Luvr)
  • Müjdələnmə (Annunciazione; Riçmond, Kuk kolleksiyası)
  • İki Mələk Ölü Məsihi saxlayır (Cristo morto sorretto da due angeli; Vyana, İncəsənət tarixi muzeyi )
  • Cadugərlərin pərəstiş etməsi (L'Adorazione dei magi; Kembric, ABŞ, Fitsuilyam Muzeyi )
  • Tondi di S. Maurelio (Ferrara, Pinakoteka)
  • Santo Vescovo (Milan, Poldi Pezzoli Muzeyi)
  • Musiqiçi (Musico; Dublin, Sənət Qalereyası)
  • Santo (Ken, Fransa, İncəsənət Muzeyi)

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Bianconi P. Tutta la pittura di Cosmè Tura. — Mil.: Rizzoli, 1963.
  • Riccòmini E. Cosmè Tura. — Mil.: Fratelli Fabbri, 1965.
  • Molajoli R. L’Opera completa di Cosmè Tura e i grandi pittori ferraresi del suo tempo: Francesco Cossa e Ercole de' Roberti. — Mil.: Rizzoli, 1974.
  • Campbell S. J. Cosmè Tura of Ferrara: style, politics, and the renaissance city, 1450—1495. — New Haven: Yale UP, 1997.
  • Manca J. Cosmè Tura: the life and art of a painter in Estense Ferrara. — Oxf.: Clarendon Press, 2000.
  • Дзуффи С. Возрождение. XV век. Кватроченто. — М.: Омега-пресс, 2008. — С. 349—351. — 384 с. — 3000 экз. — ISBN 978-5-465-01772-5.
  • Муратов П. П. Феррара и её художники// Он же. Образы Италии. — М.: Республика, 1994. — С. 72—80.

Qeydlər[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]