Turac Teyyubqızı

Əliyeva Turac Teyyub qızı (Turac Teyyubqızı; 8 yanvar 1989, Mərdəkan) — tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Turac Teyyubqızı
Turac Teyyub qızı Əliyeva
Doğum tarixi (34 yaş)
Doğum yeri Mərdəkan, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili BSU-nun Azərbaycan filologiyası fakültəsi
BDU Jurnalistika fakültəsi RTV kafedrası
Fəaliyyəti tərcüməçi
pedaqoq
Fəaliyyət illəri 2004-indiyə qədər

Həyatı[redaktə | mənbəni redaktə et]

Turac Teyyubqızı 1989-cu il yanvarın 8-i Bakı şəhərində, Mərdəkan qəsəbəsində ziyalı ailəsində anadan olub. 2005-ci ildə Bakı şəhərində Namiq Axundov adına 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinə, daha sonra Azərbaycan Dillər Universitetinin hazırlıq şöbəsinin ispan dili və ədəbiyyatı bölməsinə qəbul edilib. Hər iki təhsilini fərqlənmə diplomu ilə başa vuran T.Əliyeva Bakı Slavyan Universitetinin "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasında çalışıb.

Antik ədəbiyyat və ispan xalq qəhrəmanlıq eposuna dair elmi-tədqiqatlarına görə Respublikanın gənc tədqiqatçılarının konfranslarında dəfələrlə laureat olub.

Tərcümə fəaliyyətinə 2004-cü ildən başlayan T.Əliyeva dövri mətbuatda müxtəlif dillərdən etdiyi tərcümələrlə çıxış edir.

Eyni zamanda 2008-ci ildən etibarən praktiki jurnalist kimi fəaliyyət göstərir.

BDU jurnalistika fakültəsinin müəllimidir (2012).[1] Elmi araşdırma sahəsi televiziya və radionun semiotik kodlarıdır. Bu mövzuda dərslik müəllifidir. Eyni zamanda hazırda sosial məsuliyyət layihəsi olan, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərkibində fəaliyyət göstərən və görmə əngəlli gənclər üçün kontent zənginləşdirilməsini nəzərdə tutan "Səslə kitab" və "Barama media" komandalarının rəhbərlərindən biridir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Radiojurnalistika (həmmüəllif) (elektron resurs). 2017[2]

Tərcümələri[redaktə | mənbəni redaktə et]

  1. Çingiz Abdullayev. Gedər-Gəlməz. Bakı: Nurlan, 2008
  2. N.A.Kun. Qədim Yunanıstanın mifləri və əfsanələri (şərikli). Bakı: BSU "Kitab aləmi" poliqrafiya mərkəzi, 2008
  3. İvan Palçev. Azərbaycan-Qafqaz pələngi (şərikli). Bakı: Mütərcim, 2009,
  4. Knut Hamsun. Məhəbbət kölələri. "Ulduz" jurnalı №12, 2006.
  5. Çingiz Abdullayev. Gedib qayıtmamaq. "Mütərcim" jurnalı, 1/2 2007.
  6. Dalmira Tilepbergenova. Tənha şam ağacı. "Dünya ədəbiyyatı" jurnalı, №1, 2007.
  7. Gövhər Xalmurzayeva. Bağlama. "Dünya ədəbiyyatı" jurnalı, №1, 2007.

Redaktor[redaktə | mənbəni redaktə et]

  1. Rafiq Manafoğlu. İslami dəyərlər L.N.Tolstoyun baxışlarında. Bakı: ABU, 2007.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "BDU-nun Sosial elmlər və psixologiya, Şərqşünasliq və Jurnalistika fakültələrinin məzunları haqqında məlumat fakültələrinin məzunu olmuş və hazırda müxtəlif təşkilatlarda vəzifə tutan mütəxəssisləri haqqında məlumat". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-28.
  2. "Qulu Məhərrəmli, Aynur Kərimova, Vüsalə Əlibəyli, Turac Əliyeva. Radiojurnalistika (elektron resurs). Avropa Şurası, 2017-ci il". 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-28.