Tural Mustafayev (28 avqust 1980, Bakı) — Azərbaycan teatr rejissoru.
Tural Mustafayev | |
---|---|
Tural Vaqif oğlu Mustafayev | |
Doğum tarixi | 28 avqust 1980 (43 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rejissor |
Tural Mustafayev 28 avqust 1980–ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Pantomima Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında aktyor işləyib. “YUĞ” teatrının rejissoru olub. 2011-2017-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub. Bir sıra Beynəlxalq festivallarda iştirak edib.
6 may 2015-ci ildə[1] və 6 may 2016-cı ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.