Rəhimov Tural Cahangir oğlu (9 may 1988, Sumqayıt) — Azərbaycan döyüşçüsü.
Tural Rəhimov | |
---|---|
Tural Cahangir oğlu Rəhimov | |
Digər adı | IRON |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
İxtisası | İdmancı |
Təhsili | Ali |
Fəaliyyəti | MMA |
Tanınır | Rusiya Azerbaijan |
Mükafatları | 3 qat dunya Cempionu MMA uzre Dunya kubokunun sahibi MMA uzre Kiokishinkai Karate uzre Avropa ve dunya kubokunun sahibi |
9 may 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur.
Uşaq yaşlarından (2003–2009) Vasif Namazovun[1] [2] rəhbərliyi altında əlbəyaxa döyüş sənəti ilə məşğul olmağa başlamış və bir neçə döyüş növləri üzrə Azərbaycan və beynəlxalq yarışların iştirakçısı və qalibi olub. Sonralar pankration,sambo, Uşu-sanda və s. kimi döyüş növləri üzrə keçirilən Azərbaycan və beynəlxalq turnirlərin çempionu və mükafatçısı olur. Döyüş Ciu-citsusu üzrə Beynəlxalq turnirin qalibi,Döyüş sambosu üzrə 2006-cı ildə gənclər arasında keçirilən Avropa çempionatı yarışlarının birincisi olmusdur,2010-cu ildə Türkiyədə "WOF (World O-Sport Federation)"-dan keçirilən(dünya çempionatında) yarışda çempion, 2011-ci ildə Dağıstanda keçirilən qaydasız döyüş üzrə yarışda Rusiya bayrağı altında iştirak edən erməni "Kudo" üzrə 3 qat dünya çempionu Edqar Kolyanı ağır məğlubiyyətə uğradaraq çempion olur. 2010-ci ildən başlayaraq Tural Rəhimov Pro Fc-nin Azərbaycan Nümayəndəliyində Şəhriyar Abbasovun rəhbərliyi altında peşəkar yarışlara qatılır, 2011-cü ilin mart ayının 24-də Moldovanın paytaxtı Kişinyovda keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirin çempionu olur. Hazırda Rusiya Federasiyasında, Mamişov Team klubunda təlimlərdə iştirak edərək peşəkar yarışlarda iştirak edir.