Turan-Do - Turan Do qədim Türk döyüş sənətləri üzərində qurularaq, müasir idman tələbinə müvafiq hərəkətlərlə zənginləşdirilmişdir. İstifadə olunan hərəkətləri daha da çevik, mütəhərrik, sürətli etmək üçün çoxlu sayıda silahlardan istifadə edilir. Yığcam, mütəşəkkil, dolğun, yüksək, dinamik və sürətli olmasına görə digər növlərdən ciddi surətdə fərqlənir. Turan Do iki istiqamətdə - idman və real döyüş (kombat) üsulunda öyrədilir. Bu döyüş sənətinin yaradıcısı döyüş sənətlərinin fəlsəfəsi üzrə doktor, professor olan Beynəlxalq dərəcəli təlimatçı və hakim Süleyman Məmmədlidir.
Turan-Do döyüş sənəti müxtəlif anlayışlara gələ bilər. Həmin anlayışlar aşağıdakı kimidir:
Turan Do döyüş sənəti 2003-2004-ci illəri ərzində bu daha da təkmilləşdirdi. Turan Do bir idman növü kimi Beynəlxalq Döyüş sənətlərindən qeydiyyat keçib qəbul olundu. 2004-cü il Avqust ayını Turan Do döyüş sənətinin yeni bir idman növünün yaranması tarixi qəbul etmək olar. 2004-cü il ayından Dünya Turan Do Assosiasiyası fəaliyyət göstərməyə başladı. Yapon Çin Koreya tarixçiləri Türk döyüş sənətinin onların döyüş növlərinin inkişafında böyük rol oynadıqlarını qeyd edirlər. Yapon tarixçisi yazır: "Biz döyüşü Türklərdən öyrənmişik. Ümid edirik Turan Do müasir idman növü özünə dünyada layiqli yer tutacaqdır".