TuranBank 1992-ci il iyun ayının 12-də, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. Bu gün Bank ölkə iqtisadiyyatının, regional ticarətin, sahibkarlığın və ümumilikdə ölkənin qeyri-neft sektorunun inkişafına özünün uğurlu layihələri ilə dəstək olan etibarlı, seçilən banklardan birinə çevrilib.
TuranBank | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Bank sektoru |
Təsis tarixi | 1992 |
Baş qərargahın yeri | Azərbaycan, Baki, İ. Qutqaşınlı küç., 85 AZ1073 |
turanbank.az |
Fəaliyyəti ərzində TuranBank geniş təcrübə və müştəri etimadı qazanmış, yüksək keyfiyyətli xidmət və rəqabətqabiliyyətli məhsullar təklif edən universal bir banka çevrilmişdir.
Hazırda Bankımızın 16 satış nöqtəsi vardır ki, onların da 9-u regionlarda – Qazax, Ağstafa, Tovuz, Gəncə, Sumqayıt, Ağcabədi, Xaçmaz, Zaqatala və Cəlilabadda yerləşir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |