Bu məqaləni vikiləşdirmək lazımdır. |
Turbiditlər, Kiepep, 1964 — müasir və qədim turbidit (suspenzion, lehmə) axıntı çöküntülərinin adı. Adətən qum, alevrit və pelit çöküntüləri təbəqələrinin növbələşməsindən ibarət olub, özünəməxsus qradatasion laylaşması ilə səciyyələnir. Sahilyanı rayonlarda, qitə yamacında, abissal düzənliklərdə, dərin okean novlarında, rift dərələrində, sualtı dağ silsilələri və yüksəkliklərin yamaclarında geniş yayılmışdır. Müasir turbiditlər əksəriyyəti 2000 m-dən dərin sahələrdə çökür. Dərinlik turbiditlər bəzən yenidən çökdürülmüş dayaz su faunası və quru florasının qalıqlarına rast gəlinir. Ayrı-ayrı fərdi turbiditlər təbəqələrinin qalınlığı bir neçə mm-dən 6 m arasında dəyişir. Okean və dəniz hövzələrində böyük dərinliklərdə tapılan qumlu çöküntülər çox hallarda turbiditlərə aiddir. Turbiditlər bəzən abissal düzənliklərdə, məsələn: Kaliforniya sahilləri, Puerto-Riko təknəsi, Meksika körfəzində çox böyük sahələri tutur. Böyük Qafqazın təbaşir fliş çöküntülərində geniş yayılmışdır.