Tusi-Paş aksiomu – üçbucağın təpələrindən keçməyən düz xətt onun bir tərəfini kəsirsə, onda həmin düz xətt üçbucağın qalan iki tərəfindən yalnız birini kəsir.
Bu aksiom islam ölkələrində Tusi-Paş aksiomu, avropada və amerikada isə sadəcə "Paş aksiomu" adlanır. Aksiom şərq aləmində ilk dəfə XIII əsrdə yaşamış Azərbaycanlı alim Nəsirəddin Tusi, avropada isə əslən polşalı olan alman riyaziyyatçısı Morits Paş[1] tərəfindən kəşf edilmişdir. Morits Paş bu aksiomu 1882-ci ildə kəşf etmişdir.