Tuve Yansson (9 avqust 1914[2][3][…], Helsinki[4] – 27 iyun 2001[2][3][…], Helsinki[4]) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir.
Tuve Yansson | |
---|---|
Tove Marika Jansson | |
| |
Doğum adı | Tove Marika Jansson |
Təxəllüsü | Vera Haij |
Doğum tarixi | |
Doğum yeri | Helsinki, Finlandiya |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Helsinki, Finlandiya |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri | |
Vətəndaşlığı | Finlandiya |
Milliyyəti | isveç əsilli fin |
Həyat yoldaşı | Tulikki Pietilla |
Uşağı | yoxdur |
Təhsili |
|
Fəaliyyəti | ədəbiyyat, karikatura, rəssamlıq, moda |
Fəaliyyət illəri | 1933, 1928–1993, 1998 |
Əsərlərinin dili | isveçcə |
Janr | roman |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir.
Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
1968-ci ildə yazdığı "Heykəltəraşın qızı" romanı öz həyatından bəhs edir.