Tuzla Beynəlxalq Hava Limanı (bosn. Međunarodni Aerodrom Tuzla) (IATA: TZL, ICAO: LQTZ) — Bosniya və Herseqovinaya aid olan Tuzla şəhəri yaxınlığında yerləşən hava limanı. Bu birgə bazanın bir aerodromudur. Mülki kommersiya təyyarələrini saat 06: 00-dan 20: 00-dək, ümumi aviasiya və korporativ aviasiya təyyarələri isə saat 06: 00-dan 17: 00-dək qəbul edə bilər.
Tuzla Beynəlxalq Hava Limanı | |
---|---|
44°27′31″ şm. e. 18°43′29″ ş. u. |
|
IATA: TZL – ICAO: LQTZ | |
Məlumat | |
Hava limanı tipi | Hərbi/mülki |
Ölkə | Bosniya və Herseqovina |
Açılış tarixi | 10 oktyabr 1998 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tuzla Beynəlxalq Hava Limanı Yuqoslaviya Sosialist Federativ Respublikasında ən iri hərbi aerodromlardan biri olmuşdur. 1992-ci ildə onun üzərində nəzarəti BMT sülhməramlıları ələ keçirmişdir. 1996-cı ildən isə SFOR qüvvələrinin ən əsas hava limanı funbksiyası yerinə yetirirdi. 1998-cı ildə Tuzla kantoonu burada Tuzla mülki hava limanını açmışdır. Tuzla Beynəlxalq Hava Limanı 10 oktyabr 1998-cı ildə rəsmən mülki hava limanı olaraq aşılmışdır. Bununla belə burada hələdə hərbi baza yerləşir.
1998-ci ildə açılan sərnişin terminal binası, pik saatlarda 350 sərnişinə xidmət edə bilir. Terminal, gəliş və gediş üçün bir qapısı, sərnişinlərin qeydiyyatı üçün iki check-in sayğacı, əlilliyi olan sərnişinlərə xidmət, bilet satışı, sərnişinlərin rahatlığı və sərhəd mühafizəsi nəzarəti (24 saat) ilə təchiz olunmuşdur. 2015-ci ildə sərnişin terminalının maksimal qabiliyyətinə çatdıqdan sonra Bosniya və Herseqovina Federasiyası Hökuməti yeni terminal binası üçün 2016-cı il büdcəsində 2 milyon BAM (təxminən 1 milyon avro) ayırmağı qərara almışdır. Tuzla Kanton yeni və təkmilləşdirilmiş işıqlandırma sisteminin quraşdırılması üçün 500.000 BAM təmin edəcək. Bir çox avtomobil agentliyi hava limanında ofislərə sahibdir.
Sərnişin daşıma[1]
İl/ay | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | Ümumi |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2011 | 0 | - | - | - | - | - | - | - | - | - | - | - | 0 |
2010 | - | - | - | - | - | - | - | - | 38 | 47 | 827 | - | 5438 |