Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir.
Tuzxurmatu qəzası | |
---|---|
34°50′29″ şm. e. 44°37′53″ ş. u. | |
Ölkə | |
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir.[1][2]
İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو)[3], Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك).
İnzibati vahid |
Ərazi | 2003-ci il | 2007-ci il | ||||
---|---|---|---|---|---|---|---|
Ümumi | % | Ümumi | % | ||||
Səlahəddin mühafazası | 24 075[1] km² | 942 314[2] | 100.00 | 1 191 403[4] | 100.00 | ||
Tuzxurmatu qəzası | 2 316[1] km² | 153 391[2] | 16.28 | 160 690[4] | 13.49 |
OŞSAM[5]-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən bütün Səlahəddin mühafazsında təxminən 1.200.000 nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190.000 nəfər əhali yaşayır.[6] Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75.000 etnik türkman məskunlaşmışdır.[6] Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan, özünü ərəb hesab edən çox sayda insan kökən olaraq türkmandırlar.[6] Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır.[6] Qəzanın türkman əhalisi əsasən qədim Bayat boyundan törəmişdir.