"Two Tribes B.V." — müstəqil Niderland videooyun istehsalçısı. 2001-ci ildə Martin Reuvers və Kollin van Ginkel tərəfindən Harderveyk şəhərində təsis edilmiş şirkət franşizalar üçün öz əqli mülkiyyət və videooyunlarını istehsal edir. etdirir.
Two Tribes | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | videooyun sənayesi[d] |
Təsis tarixi | 2000 |
twotribes.com |
"Two Tribes" əvvəlcə portativ oyunlarda ixtisaslaşmışdır. Bundan sonra studiya "Wii" və "Xbox 360"ın populyarlığına görə konsollar üçün oyunlar istehsal etməyə başlamışdır.[1] "Two Tribes" onlayn yayım da daxil olmaqla "Windows" və "Macintosh" üçün oyunların istehsalına diqqət yetirmişdir. Şirkət öz "Toki Tori" və "RUSH" franşizalarını "Steam" və "Mac App Store" vasitəsilə "Windows" və "Mac OS" platformalarına köçürmüşdür. "Two Tribes" studiyası "Capcom", "Nokia, "Team17" və "THQ" daxil olmaqla daha böyük videooyun şirkətləri ilə əməkdaşlıq etmişdir.[2]
"Two Tribes" 2014-cü ilin yanvar ayında əsasən "Toki Tori 2"nin gözləntiləri qarşılamayan satışlarına görə müslis olduğunu elan etmişdir. Bununla belə, bütün "Two Tribes" oyunlarının mülkiyyətinə sahib olan və onları yayımlayan, bütün müqavilələri idarə edən "Two Tribes Publishing B.V." bunlardan əziyyət çəkməmişdir.[3]