Tyudor

Tüdor memarlıq muzeyi, Sauthempton

Tüdor stiliYork sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır.

Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı.

Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır.

XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar. O dövrün müasir tikinti texnologiyası, memarlara Tüdor stilinin əsas elementlərini kopyalamaqla yanaşı, inkişaf etdirərək yeni səviyyəyə qaldırmaqlarına imkan verdi. Tüdor stilini müəyyən edən əsas cəhətlərdən biri – qara tirlər, artıq bir çox hallarda yükdaşıyıcı konstruksiya kimi yox, dekor elementi kimi xidmət edirdilər. Memarların çoxu qaydaya əməl etməyə çalışırdılar: effektiv kontrastlı görünüş üçün divarlar açıq rəngdə olmalı idi.

Tüdor stilinin digər xüsusiyyətləri: damın dik olması, tağlı formalar (pəncərə və giriş hissə) və baca hörgüsünün xarakterik çıxıntısıdır.