Uçan balıqlar — Exocoetidae ailəsini əmələ gətirən balıq növlərinin ortaq adıdır.
Uçan Balıqlar Yerdəki bütün okeanlarda yaşayırlar. Xüsusilə də tropik bölgələrdə görülürlər. Əcdadlarından ayrıldıqdan sonra, pektoral üzgəcləri fərqliləşərək qanadvari bir xüsusiyyət qazanmışdır. Bu qanad bənzəri strukturlar sayəsində sudan sıçrayaraq uçan balıqlar, növdən növə dəyişən müddətlərdə havada qala bilirlər. Qanad bənzəri üzgəclərinin digər balıqlarda olan eyni anatomik quruluşa sahib olması, Təkamülün ən gözəl nümunələrindəndir.
Uçan balıqlar suyun səthindən havaya sıçraya bilmək üçün quyruqlarını havada dəqiqədə 70 dəfə çırpırlar və müəyyən bir yüksəkliyə sıçradıqdan sonra yan üzgəclərini (2 ya da 4 ədəd ola bilər) açaraq uçurlar. "Uçan balıq" ifadəsi əslində səhvdir, çünki bu balıqlar hələ ki tam uça bilmirlər, süzürlər.
Məlum olan ən uzun süzülüş, Yaponiyadakı Yakushima adalarındakı bir uçan balığın etdiyi 45 saniyəlik süzülüşdür. Bu süzülərək havada qalma müddətində balıq, sıçradığı nöqtədən 200 metr uzağa, saatda 70 km sürətlə irəliləyə bilir və arxasındakı ovçularından qaça bilir. Qeydə alınmış ən yüksək uçuş hündürlüyü isə 6 metrdir. Bu səbəbdən bəzi uçan balıqlar gəmilərin gövdəsinə düşürlər və ya gəmilərə çırpınaraq ölürlər.
Bu məqalə qaralama halındadır. |