Uçan sinif (roman)

Uçan sinif - Almaniya yazıçısı Erix Kestner tərəfindən 1933-cü ildə yazılmış roman. Roman 45 dəfə nəşr olunmuşdur.

Uçan sinif
Das fliegende Klassenzimmer
Müəllif Erix Kestner
Janr roman
Orijinalın dili alman
Orijinalın nəşr ili 1933
Səhifə 188
ISBN ISBN 5-510-093-7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu romanın qəhrəmanları ədəbiyyat xəstəsi Conni Trotz, məktəbin ən yaxşı şagirdi Martin Taler, qarnı həmişə ac olan Matias Selbman və kiçik uşaq olan Uli von Simmerndir. Bu şagirdlər Yohan Siqismund məktəbində oxuyurlar. Uşaqlar bir gün Milad bayramı üçün teatr oyunu təşkil etməyə qərar verirlər. Amma bu zaman rəqib məktəb uşaqlardan birini qaçırır. Yohan məktəbi onlara qarşı döyüşməyi fikirləşir.

Conatan Trotz - "Uçan sinif" oyununun yazarı. Atası tərəfindən tərk edilmişdir. Atası ondan qurtulmaq üçün onu çoxdan ölmüş babası və nənəsinin yanına göndərir. Belə olan halda bir gəminin kapitanı Trotzu övladlığa götürür.

Martin Taler - Məktəbin ən ağıllı uşağıdır, amma çox kasıbdır. Çox sosialdır. Həmişə dostları ilə birlikdədir və haqsızlıqlara qarşı dayana bilmir.

Mattias Selbman - Ağıllı deyildir, amma çox güclü və yeyəndir. Kökələri çox sevir. Böyüyəndə boksçu olmaq istəyir. Otağı boksçularıb şəkilləri ilə bəzənmişdir.

Uli von Simmern - Sarışın, varlı və kiçikdir. Hər kəs ona qorxaq deyir. O da bunun əksini sübut etmək üçün çətirlə yüksəklikdən özünü atır və ayağını sındırır. Bundan sonra ona heç kim qorxaq demir.

Yohan Böx - Məktəbin müəllimlərindən biri və məktəbin keçmiş şagirdlərindən biridir. Uşaqları çox sevir.

Professor Kreuzkamm - Zarafat etməyi çox sevir.

Robert Utoft - əslində həkimdir, amma həyat yoldaşının ölümünün ardından mahnı oxumağa başlamışdır. Uşaqlarla yaxın dostdur. Uşaqlar ona "Siqaret içməz" adını vermişdilər. Amma əslində siqaret içir, bu adı yaşadığı vaqonun üzərindəki yazıdan almışdır. Sonra uşaqlar onu Yohan ilə tanış edirlər və onların dost olduqları məlum olur. Sonda Utoft məktəbin həkimi olur.

Qrünkern - məktəbin direktoru.

Eqerland - Rəqib məktəbin qruplaşmasının yaramaz lideri.