Uğurbəyli məscidi — Bərdənin Uğurbəyli kəndində yerləşən məscid[1].
Uğurbəyli məscidi | |
---|---|
40°22′ şm. e. 47°07′ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bərdə |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4161 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Uğurbəyli məscidi Azərbaycanın Bərdə rayonunda eyni adlı kənddə tikilmişdir. Məsçidin tikilməsi XIX[2]-XX əsrin əvvəllərinə aiddir. Sovet dövründə məsçid anbar kimi istifadə olundu, sonra uzun müddət qapalı qaldı və yararsız vəziyyətə gəldi.[3]
Camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir.
16 dekabr 2009-cu ildə Uğurbəyli məscidinin dini icması Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib (№100109 АЗ-106).[4]
Məscid Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən memarlıq abidəsi kimi qeydə alınmışdır.[5]
Məscid birmərtəbəlidi. Məscidin minarəsi (hündürlüyü 12 metrdir) bişmiş kərpicdən tikilib. Döşəmə də bişmiş kərpiclə işlənib. Divarlar içəridən suvanmışdır. Damın örtüyü şiferlə işlənib.
Məscidin yanında türbə də mövcuddur. Türbə də bişmiş kərpicdən işlənib.