Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Uşaq Səfirlər Məclisi — uşaqların hüquqlarının təşviqi, uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşdırılması, ictimai fəallığının artırılması, uşaqların fəal vətəndaşlıq və qanunun aliliyi ruhunda istiqamətlənməsi, liderlik keyfiyyətlərinin və idarəetmə mədəniyyətinin formalaşdırılması, xüsusilə iştirak hüquqlarının təmin edilməsini həyata keçirən və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən qurum (struktur).[1][2][3]
Uşaq Səfirlər Məclisi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1 iyun 2020 |
Tabelik | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan) |
Ünvan | AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi, IV Qapı |
Rəhbərlik | |
Kordinatorlar |
Nurlan Cəbrayılzadə, Əsmər İsmayılova |
|
|
Rəsmi saytı | cac.info.az |
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı 2020-ci ilin Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun, 2020-ci il tarixində yaradılmışdır.