Uşaqlıq arteriyalarının embolizasiyası

Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) – kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və/və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur.

Uşaqlıq arteriyalarının embolizasiyası
Fibromioma
Uşaqlıq arteriyalarının embolizasiyası proseduru
Uşaqlıq arteriyalarının embolizasiyası proseduru
Elm sahəsi Tibb / İnvaziv Radiologiya
mioma.az

Tarixi[redaktə | mənbəni redaktə et]

Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) hələ 1979-cu ildən doğumdan sonra və uşaqlıqda aparılan əməliyyatlardan sonra meydana çıxan uşaqlıq qanaxmalarının dayandırılması üçün geniş tətbiq olunur. Bu metodika artıq uzun müddətdir ki, əməliyyat ginekologiyasında tətbiq olunmağa başlamış laparoskopik cərrahiyyənin yaranmasından əvvəl tətbiq olunurdu.

Bununla belə embolizasiya üsulunu uşaqlıq miomasının müalicəsində tətbiqinə yalnız 90-cı illərin əvvəllərində başlamışdırlar. İlk zamanlar UAE-nı mioektomiya əməliyyatlarında qanaxma riskinin azaldılması üçün əmaliyyat öncəsi hazırlıq metodu olaraq istifadə etməyə başlamışdırlar. Lakin sonra tezliklə müəyyən olunmuşdu ki, embolizasiya edildikdən sonra mioektomiya əməliyyatının aparılmasına ehtiyac qalmırdı.

İlkin ümidverici nəticələrdən sonra bir çox ABŞ, Avropa, Asiya və Yaxın Şərq ölkələrinin müalicə ocaqlarının (müəssisələrinin) praktikasında UAE sürətlə istifadə olunmağa başladı.

Mexanizmi[redaktə | mənbəni redaktə et]

UAE-nın mahiyyəti uşaqlıq miomasını qanla təmin edən uşaqlıq arteriyalarının şaxələri boyunca qan axınının dayandırılmasından ibarətdir. Bu zaman miometrinin sağlam hissəsini qanla təchiz edən şaxələr ziyan görmür. Bu miomada qan dövranının aşağıdakı xüsusiyyətləri hesabına mümkündür – düyünlərin qan təchizatı perifibroid kələf – miomanı periferiya boyunca əhatə edən qan-damar şəbəkəsi vasitəsilə həyata keçirilir.

Bu damarlar 0,5 mm qədər diametrə malikdir, yəni normal miometrinin arteriyalarından bir neçə dəfə böyük ölçüdə. Bu damarlara xüsusi embolizasiyaedici zərrəciklərin yeridilməsindən sonra miomanın qan təchizatı dayanır və onun birləşdirici toxuma ilə əvəz olunması – fibroz və bunun nəticəsində mioma və onun təzahürlərinin əhəmiyyətli dərəcədə kiçilməsi və/və ya mimanın və onun törəmələrinin (təzahürlərini) yox olması baş verir.

UAE zamanı düyünlər kəsilib götürülmür. Embolizasiya edici hissəciklər damarları örtür (bağlayır) və mioma quruyur (öləziyir), eynən üzüm giləsinin qoraya (kişmişə) çevrilməsi kimi.

Metodikası[redaktə | mənbəni redaktə et]

Embolizasiya prosesi xüsusi təchizatlı olunmuş, angioqrafik aparatla təchiz olunmuş rentgen-əməliyyat otağında yerinə yetirilir. Embolizasiyanı ginekoloqlar deyil, endovaskulyar cərrahlar yerinə yetirir. Bu onunla əlaqədardır ki, UAE metodikası damar cərrahiyyəsi və radiologiya sahəsində peşəkarlıq tələb edir və əməliyyat edən ginekoloqlar üçün vərdiş olunmamış bir haldır.

Embolizasiya praktik olaraq ağrısız prosedurdur və yerli anesteziya ilə həyata keçirilir. Yeganə təsir olaraq xəstələr sağ ümumi bud arteriyasının punksiyasına məruz qalırlar. Bunun üçün əməliyyat öncəsi novokain və ya lidokain məhlulu ilə yerli anesteziyadan sonra budun yuxarı hissəsində dəridə açılan kiçik (1,5 mm) dəlikdən arteriyaya nazik katetr keçirilir (1,2 mm) və bu katetr rentgen televiziyası nəzarəti altında birbaşa uşaqlıq arteriyalarına yeridilir.

Sonra katetrdən embolizasiyaedici preparatın kiçik hissəcikləri yeridilir, onlar da miomanı qidalandıran damarları qapayır. Embolizasion hissəciklər bir qayda olaraq ardıcıllıqla həm sağ, həm də ki sol uşaqlıq arteriyalarına yeridilir.

Prosedur uşaqlıq arteriyasının boşalmasından və cərrahın təcrübəsindən asılı olaraq 10 dəqiədən 2,5 saata qədər müddət ərzində davam edə bilər. Lakin bir qayda olaraq prosedurun davam etmə müddəti 20 dəq-dən artıq olmur. UAE praktik olaraq ağrısız müdaxilədir. Yerli anesteziya sayəsində arteriyaların punktuasiyası praktik olaraq heç bir duyğu əmələ gətirmirməyən prosedurdur. Prosedurun yerinə yetirilməsi prosesi zamanı ara-sıra istilik hissinin, qarının aşağı nahiyələrində, beldə yüngül yanıq qıcıqlanması ola bilər. Bu cərrahın damarları vizualizə etmək üçün yeritdiyi kontrastlı maddənin fəaliyyətinin nəticəsidir. Qeyd etmək lazımdır ki, əmbolizasiyada istifadə olunan preparat tamamilə təhlükəsizdir, bioloi inertdir və allergik reaksiya verə bilməz. Bundan əlavə UAE üçün preparatın azacıq bir hissəis lazım olur - orta heasbla 500 mq-dan çox olmayaraq.

Hal-hazırda embolizasiya üçün bir neçə növdə preparat mövcuddur. Düzgün preparatın seçimi həkimin vacib öhdəliyidir. Uşaqlıq miomasının embolizə olunması üçün tətbiq edilən preparatlar haqqında məlumatı ətraflı nəzərdən keçirin.

Nəticələri[redaktə | mənbəni redaktə et]

UAE-nin effektivliyinin ilk təzahürü simptomların normallaşmasıdır. Müdaxilədən həmən sonra birbaşa menstrual qanaxmalar normallaşır, onların həcmi və müddəti azalır. Eləcə də basılma simptomları azalır və yox olur, bu proses bir qədər daha uzunmüddətlidir və bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Miomatoz düyünlərin və eləcə də uşaqlığın ümumi ölçülərinin kiçilməsi UAE həyata keçirildikdən müddətində daha fəal baş verir. Orta hesabla bir il müddətində miomatoz düyünlərin həcmi 4 dəfədən çox kiçilir. Kiçik miomalar tamamilə yox olur. Ciddi desək, miomaların UAE-dan 2 həftə keçdikdən sonra miomalar demək olar ki qalmır - onlar birləşdirici toxuma ilə əvəz olunur. Bu çapıq toxumalı düyünlər fəal surətdə kiçilirlər və bir daha nə simptoplar büruzə verə nə də böyüyə bilməzlər. UAE-nın daha bir vacib xüsusiyyəti ondan ibarətdir ki, müdaxilədən sonra xəstəliyin residivi təhlükəsi mövcud deyil. Bu onunla əlaqədardır ki, UAE zamanı ölçüsündən asılı olmayaraq bütün düyünlərə təsir baş verir. Hazırkı dövrdə çox sayda pasientlərin uzunmüddlərətli müşahidələrinin müsbət nəticələri haqqında məlumatlar var - 98% qadınların UAE-dan sonra uşaqlığın miomasının heç bir əlavə müalicəsinə ehtiyacı olmur.

Xüsusiyyətləri və üstünlükləri[redaktə | mənbəni redaktə et]

  • Hədsiz dərəcədə təhlükəsiz və azinvaziv, narkoz tələb etməyən müalicə metodudur.
  • Müdaxilə 98,5% hallarda yüksək effektivdir (yəni UAE-dan sonra uşaqlıq miomasının müalicəsi məsələsinə qayıtmaq lazım olmur).
  • Simptomatikanın dərhal yaxşılaşması baş verir.
  • Miomalar təkrarən əmələ gəlmir (residiv ehtimalının 30-40% təşkil etdiyi mioektomiyadan fərqli olaraq).
  • Xəstəxanada çox qısa müddət, adətən bir gün qalmaq lazım gəlir.
  • UAE əməliyyat deyil, yerli anesteziya altında aparılır və 15 dəqiqə vaxt aparır.
  • Hər hansı bir ağırlaşmanın olma ehtimalı hədsiz azdır. Müqayisəli tədqiqatların məlumatlarına görə miomanın cərrahi yolla müalicəsinin istənilən növündən fərqli olaraq ağırlaşma təhlükəsi 20 dəfə azdır.
  • uşaqlıq götürülmür.
  • Doğma qabiliyyəti saxlanılır.

Embolizə sonrası dövr[redaktə | mənbəni redaktə et]

UAE-nın praktik olaraq ağrısız proses olmasına baxmayaraq 1-2 saat sonra qarının aşağı hissələrində kifayət qədər güclü çəkmə hissi olan ağrılar əmələ gəlir. Bu duyğular miomanın hüceyrələrinin işemiyasının nəticəsində əmələ gəlir və müdaxilənin nəticə verdiyini göstərir. Ağrı hissləri bir neçə saat davam edir və müvafiq olaraq ağrıkəsici preparatlarla kupirizasiya olunurlar. Bundan başqa UAE-dan sonrakı ilk günlər bədən temperaturu qalxa bilər (37-37,5oC qədər). Eləcə də halsızlıq hissi ola bilər. Bununla belə bütün bu simptomlar embolizasiya sonrası simptomlardır, tez keçib gedirlər, sağlamlığa heç bir təhlükələri yoxdur və heç cürə müdaxilənin ağırlaşması deyil.

Əlavə təsirləri və ağırlaşması[redaktə | mənbəni redaktə et]

Uşaqlıq miomasının embolizasiyası çox təhlükəsiz prosedurdur, istənilən ağırlaşma riski cərrahi müalicədən onlarla dəfə azdır və 1%-i keçmir. Bir sıra tədqiqatların məlumatlarına görə UAE-dan sonra ağırlaşma uşaqlıq miomasının istənilən cərrahi müalicəsindən (laparoskopik əməliyyatlar da daxil olmaqla) 20 dəfə daha az rast gəlinir. Təəssüf ki, uşaqlıq miomasının cərrahi üsuldan başqa bir metodla müalicəsini tətbiq etmək imkanı olmayan ginekoloqlar çox vaxt pasientləri embolizasiyadan sonra çox sayda ağırlaşmalarla qorxudurlar. bu köklü surətdə bir səhvdir və pasiyentlərin qəsdən aldadılmasıdır.

UAE-dan sonrakı ən çox rast gəlinən problem arteriyanın punksiya edildiyi bud nahiyyəsində gematoma (göyərti) əmələ gəlməsidir. Bu çox kiçik bir ağırlaşmadır, adətən əlavə müalicəyə ehtiyac olmur və 1-2 həftə ərzində keçib gedir.

3%-dən çox olmayaraq pasientlərdə uşaqlıq miomasınn embolizasiyasından sonrakı ilk 3-6 ay müddətində menstrual siklin mütəmadiliyinin pozulması və ya tranzitor (müvəqqəti) amenoreya baş verə bilər. Qeyd etmək lazımdır ki, cərrahi müalicəyə qayıtmağı tələb edən ağırlaşmaların inkişaf ehtimalı 600-800 UAE arasından bir haldan çox ola bilməz.

Fertillik (döllənmə qabiliyyəti)[redaktə | mənbəni redaktə et]

Embolizasiya qadınları doğum qabiliyyətindən məhrum etmir. Aydındır ki, histeroktomiyadan sonra doğumdan söz ola bilməz, lakin hətta mioektomiyadan sonra belə tez-tez sonsuzluq baş verir. Bu uşaqlıqda və onun ətrafında bitişmələrin (spayka) əmələ gəlməsi ilə əlaqədardır.

Bütün dünyada UAE-dan sonra bir çox qadınlar sağlam uşaq dünyaya gətirirlər. Eləcə də bizdə fertilliklə əlaqədar yaxşı nəticələr var. UAE sayəsində Azərbaycanda artıq onlarla uşaq dünyaya gəlir. Qeyd etmək lazımdır ki, UAE nəticəsində uşaq dünyaya gətirmiş pasientlərin çoxunun orqan saxlayıcı müalicə üçün perspektivi yox idi - əksər klinikalarda onlara yalnız uşaqlığın götürülməsi tövsiyə olunurdu.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]