Uşaqlardan hərbidə istifadə edilməsi — Uşaqlardan hərbidə istifadə edilməsi halı əsasən bir neçə formada müşahidə edilir: Uşaqların bir başa hərbi əməliyyatlarda iştirak etməsi, uşaqlardan müşahidəçi, xəbərçi və kəşfiyyat məqəsədləri ilə istifadə edilməsi.
Tarix boyunca baş vermiş bir çox müharibələr zamanı uşaqlardan hərbi əməliyyatların gedişində fəal şəkildə istifadə edilmişdir. Bir çox dini və mənəvi dəyərlərdə uşaqlardan bu məqsədlərlə istifadə edilməsi qadağan edilsədə, 1970-ci ildən bəri yaşanan müharibələrdə uşaq əməyindən istifadə hallarının artması müşahidə edilir. 1970-ci illərdə qəbul edilmiş Uşaqlardan hərbidə istifadə edilməsinin dayandılması barədə Konvensiyasının qəbul edilməsinə baxmayaraq belə halların sayı azalmamışdır. 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan tərəflər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənar tutulması ilə bağlı öhdəlik daşıyırlar.