Uşi müqaviləsi, (italyanca: Trattato di Losanna) (18 oktyabr, 1912), İtaliya krallığı ilə Osmanlı imperiyası arasında Trablis müharibəsinin sonunda imzalanan müqavilədir. Bu müqavilə İtalyan tarixində Trattato di Losanna- Lozanna müqaviləsi olaraq keçir. "Ouchy" Lozannanın bir bölgəsidir. Türkiyə tarixində 23 iyul, 1923-cü il Lozanna müqaviləsi ilə qarışmasının qarşısını almaq üçün Uşi (Ouchy) müqaviləsi olaraq qeyd edilir.[2]Trablis müharibəsi gedərkən Balkan müharibəsinin çıxmasından sonra, Osmanlı imperiyası İtaliya krallığından sülh istəməyə məcbur qaldı. Sülh müqaviləsi İsveçrənin Lozanna şəhərinin Leman gölü sahilində olan Uşi bölgəsində imzalandı. Bu müqaviləyə görə Trablis və Benqaziyə tam muxtariyyət verildi. Osmanlı imperiyası buradakı hərbiçilərini geri çağırdı. Bu İtaliyaya Trablis və Benqazini sərbəst işğal etməsinə şərait yaradırdı. Buna qarşılıq olaraq İtaliya əlində olan Rodos və ətrafındakı 12 adanı bir müddət sonra Osmanlı imperiyasına geri verməli idi. Ancaq adaların Osmanlı imperiyasına təslimi heç bir zaman reallaşmadı. II Dünya Müharibəsindən sonra bu adalar Yunanıstana verildi.
Uşi müqaviləsi | |
---|---|
Müqavilənin tipi | sülh müqaviləsi |
İmzalanma tarixi | 18 oktyabr, 1912 |
İmzalanma yeri | İsveçrə, Lozanna şəhəri |
Möhürlənməsi | 18 oktyabr, 1912 |
Qüvvəyə minməsi | |
• şərtləri | Osmanlı Trablisi və Ben-Qazini itirdi. |
İmzalayanlar | Mehmed Nəbi bəy, Rumbəyoğlu Fəxrəddin bəy, Pietro Bertolini, Guido Fusinato, Giuseppe Volpi[1] |
Tərəflər | Osmanlı imperiyası, İtaliya krallığı |
Dili | İtalyanca, Osmanlı türkcəsi |