UTP <yu-ti-pi>( ekranlaşmamış sarınmış cütlük) – ekranlaşdırıcı metal hörgüsü olmayan plastik örtüyə salınmış bir neçə sarınmış cüt naqildən ibarət nazik elastik kabel növü. 10Base-T tipli lokal şəbəkələrin kabel sistemlərində istifadə olunur.
Cat 1: Hal-hazırda TIA(Telecommunications Industry Association)/EIA(Electronic Industries Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS(Plain old telephone service), ISDN və qapı zəngi kabellənməsi üçün istifadə edilirdi.
Cat 2: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. Əvvəllər 4 Mbit/s Token Ring şəbəkələrində istifadə olunurdu.
Cat 3: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur, 16 MHz sürətindəki şəbəkələrdə istifadə olunur. 10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır.
Cat 4: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16 Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur.
Cat 5: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 100 MHz sürətində işləmə qabiliyyəti var və 100 Mbit/s Ethernet şəbəkələrində istifadə olunmuşdur. 1000BASE-T Gigabit Ethernet üçün uyğun deyildir.
Cat 5e: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 100 MHz sürətində işləmə qabiliyyəti var. 100 Mbit/s və Gigabit Ethernet şəbəkələrində istifadə olunur.
Cat 6: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 250 MHz sürətində işləmə qabiliyyəti var. 5 və 5e-dən daha güclüdür.
Cat 6a: 10 Gbit/s şəbəkələri üçün kabel standartıdır(hazırlanmaqdadır).
Cat 7: ISO/IEC 11801 üçün qeyri-rəsmi addır. Class F kabelləmə sinifi. Bu standart individualdır və xüsusi hallarda istifadə olunur. 600 MHz sürətində işləmə qabiliyyəti var.
Kompüter şəbəkələrində 10 Mbit Ethernet vaxtlarında CAT3 kabel çox geniş istifadə edilmişdir.
Bu məqalə qaralama halındadır. |