Ubsu-Nur çökəkliyi

Ubsu-Nur çökəkliyiUbsu-Nur gölünün hövzəsində, Orta Asiyanın ən şimalda yerləşən, ən böyük qapalı su hövzəsinin sahəsini əhatə edir. Hövzənin ərazisi Monqolustanın (Ubsu-Nur gölü bölgəsi) və Rusiyanın (Ubsunur çökəkliyi qoruğunun) bir hissəsidir. Hər iki ölkədə bir mühafizə sahəsi vardır. Ubsu-Nur çökəkliyində təbiəti mühafizə obyektlərinin ümumi sahəsi 1,068,853 ha-dır.

Ubsu-Nur çökəkliyi
Uvs Nuur Basin
Ümumi məlumatlar
Sahəsi 22500 km²
Yerləşməsi
50°20′17″ şm. e. 92°45′27″ ş. u.
Ölkə Monqolustan Monqolustan
Rusiya Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Ubsu-Nur hövzəsi Böyük Göllər çökəkliyinin şimal hissəsini əhatə edir, nisbətən aşağı olan Xan-Xuxiyn-Nuruu silsiləsi (ən yüksək hündürlüyü 2928 m) və onun qərb uzantısı Toğtoxun-Şil silsiləsi (maksimum hündürlüyü 2357 m yuxarı) ilə əhatələnir.

Ubsu-Nur çökəkliyinin uzunluğu şimaldan cənuba 160 km, qərbdən şərqə 600 km-dir.

Əvvəllər Ubsu-Nur hövzəsi tamamilə Monqolustanın bir hissəsi idi. 1932-ci ilə qədər Monqolustan Xalq Respublikası ilə Tuva Xalq Respublikası arasında müqavilə bağlanır. Müqaviləyə əsasən Ubsu-Nur hövzəsinin şimal hissəsi Tıvaya verilir. 1944-cü ildə bölgə Tıva Muxtar Vilayəti olaraq SSRİ-nin tərkibinə daxil olur və 26 mart 1958-ci ildə Monqolustan ilə SSRİ arasındakı sərhədə dair razılaşma əldə edilir. Razılaşmaya görə ümumi sərhədin konturunu qoruyarkən bir sıra hissələrdə sərhəd dəqiqləşdirilir. Ən əhəmiyyətli dəyişikliklər arasında: vadinin şimal hissəsinin ərazisi, əvvəllər Tes-Xem çayının və onun deltasının sərhəd hissəsi Monqolustana verildi; Tore-Xol gölü bölgəsindəki sərhəd dəyişiklikləri nəticəsində su anbarı (1932-ci il sərhədləri qurularkən hələ coğrafi xəritələrdə mövcud deyildi və düz bir dövlət sərhədinə malik idi) iki hissəyə ayrıldı, sahillərin cənub-qərb hissəsi Monqolustana verildi. Sonradan hər iki ölkənin sərhədi “Sovet-Monqolustan sərhədi haqqında” 1976-cı il 19 oktyabr tarixli müqaviləsi ilə təsdiqləndi[1].

2003-cü ildə Ubsu-Nur çökəkliyinin YUNESKO-nun Ümumdünya irsi kataloquna daxil edilməsi barədə qərar qəbul edilir. Dünya irsi 12 hissədən ibarətdir. Ubsunur Hövzəsi Dövlət Qoruğunun yeddi hissəsi (Rusiya), Ubsu-Nur Təbiət Qoruğunun dörd hissəsi və Tes-Xem Təbiət Qoruğunun 1 hissəsi (Monqolustan). Onun siyahıya daxil edilməsi II və IV meyarlara (beynəlxalq elmi əhəmiyyət, yüksək bioloji və landşaft müxtəlifliyinin qorunması) əsaslanır.

  • Курбатская С. С. Динамика экосистем степей и полупустынь Убсунурской котловины // Глобальный мониторинг и Убсунурская котловина: тр. IV междунар. симпоз. — М., 1996. — С. 23-26.
  • Курбатская С. С. Степные экосистемы Убсунурской котловины — природной биосферной лаборатории. Метод функциональной экологии. — Кызыл: РИО ТувГУ, 2001. — 104 с.
  1. "Федеральное агентство по обустройству государственной границы Российской Федерации. Информация о делимитации и демаркации государственной границы Российской Федерации". 2010-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-26.