Film şəhid Novruz Əliyev haqqındadır.
Ucalıq düsturu | |
---|---|
Janr | tarixi |
Rejissor | Cəlal Cavadov |
Ssenari müəllifləri | Ənvər Çingizoğlu |
Operator | Əlinasir İmanlı |
İstehsalçı | "Turanfilm" |
İlk baxış tarixi | 3 dekabr 2012 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Füzuli bölgəsinin Şükürbəyli kəndində il yaza dönəndə, bayram günü Qaryağdı Əliyevin ocağında bir oğlan uşağı dünyaya gəldi. Ağır-ağsaqqalar onu ailəsinə bayram payı bilib adını Novruz qoydular. Novruzu anası Natella xanım vətən sevgisi ilə böyütdü. Torpaq, bayraq sevgisi ilə böyütdü.
Novruz ayağı yer tutub, yeriyəndən özünü idmana həsr etdi. Futbol ömrünün mənasına çevrildi. Topla yatıb, durdu. O, böyüyüb yetkin, yetənəkli vaxtlarında da topdan əl çəkmədi. Kənd, məhəllə uşaqlarını başına yığıb meydaçaya tələsdi...
Ailə başçısı Qaryağdı Əliyevin də alnına köçkünlük yazıldı. Çadır şəhərciyinə sığınıb övladlarını böyütdü. Genişlikdən gəlib, darısqallığa qısılan Novruzun suallarına cavab vermək özü məşəqqət idi.